CƏMİYYƏT
Xəzər rayonunda şəhid Vüsal İsmayılzadənin xatirəsi anılıb
Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 22-də Xəzər rayonunda Vətən müharibəsində şəhid olmuş İsmayılzadə Vüsal Əlibəndə oğlunun anım günü keçirilib.
Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mərasimdə YAP Xəzər rayon təşkilatının, Xəzər Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri və məsul işçiləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin üzvləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidlərin keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqdan söz açılıb.
Tədbir iştirakçıları şəhidin ailə üzvləri ilə görüşüb, başsağlığı veriblər.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.