Xəzər rayonunun Qala qəsəbəsinin ərazisində iməcilik keçirilib
Bakı, 3 aprel, AZƏRTAC
Bakı şəhərinin Xəzər rayonunda ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə mütəmadi olaraq iməciliklər təşkil olunur və yaşıllaşdırma işləri görülür.
Xəzər Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, belə iməciliklərdən biri aprelin 3-də rayonun Qala qəsəbəsi ərazisində keçirilib.
Rayon icra hakimiyyətinin təşəbbüsü və mənzil-kommunal təsərrüfat birliyinin birgə təşkilatçılığı ilə keçirilən iməcilik zamanı Qala qəsəbəsi ərazisində, xüsusilə Qala-Türkan avtomobil yolunun sağ və sol hissələrindəki ərazilərdən bərk məişət tullantıları və müxtəlif növ tullantılar xüsusi texnikalar cəlb olunmaqla təmizlənərək daşınıb.
Hazırda həmin ərazidə təmizlik və abadlıq işləri davam etdirilir.