Xəzər Sağlamlıq Mərkəzində 112 nəfər oftalmoloji müayinədən keçib
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 27-də akademik Zərifə Əiyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tərəfindən Xəzər Sağlamlıq Mərkəzində tibbi aksiya keçirilib.
Mərkəzin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a bildirilib ki, aksiya çərçivəsində 112 nəfər müayinə olunub. Müayinələr zamanı presbiopiya, allergik konyunktivit, miopiya, quru göz sindromu və s. xəstəliklər aşkarlanıb.
Aksiyanın keçirilməsində əsas məqsəd vaxt itirmədən, operativ şəkildə pasiyentlərin müayinə və müalicə edilməsi, korluğun qarşısının alınması, görmə patologiyasının erkən diqanostikasının aşkarlanması, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparılması, ortaya çıxan problemlərin həll edilməsidir.
Müayinələr akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri - Lalə Məmmədova və Rəvanə Həsənova tərəfindən aparılıb.