Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xilaskarlıq missiyasının məntiqi sonluğa çatdırılması tarixi həqiqət anıdır - RƏY

Xilaskarlıq missiyasının məntiqi sonluğa çatdırılması tarixi həqiqət anıdır -  RƏY

Bakı, 18 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaltdıqdan iki gün sonra Füzuli Şəhəri Gününü rayon ictimaiyyətinin nümayəndələri ilə Füzulidə qeyd etdi. Ermənilərin işğal dövründə yerlə yeksan etdiyi Füzuli şəhərində bünövrədən ucaldılmış yeni yaşayış kompleksinə köçürülən sakinlər bu dəfə Azərbaycan Prezidentini əsl ev sahibi kimi qürur hissi ilə qarşıladılar. Həqiqətən, ard-arda tarixi günlər yaşayırıq. Yaşadığımız qürur hissinin ölçüsünü ifadə etmək üçün bəzən söz də yetərli olmur. Çünki Şuşadan ucalan Azan səsinin, Xankəndidə dalğalanan Azərbaycan Bayrağının, dədə-baba torpaqlarına əbədi yaşamaq üçün qayıdan keçmiş məcburi köçkünlərin sevincini sözlə ifadə etmək olduqca çətindir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.

Deputat qeyd edib ki, Füzulidə keçirilən tədbir dünyaya göstərdi ki, ermənilərin zorla didərgin saldığı, torpaq həsrətinə görə onilliklər ərzində mənəvi iztirablar içərisində yaşamağa məhkum olan keçmiş məcburi köçkünlər artıq öz tarixi yurdlarına qayıdır. Azərbaycan rəhbərliyi mümkün olan hər şeyi edir ki, onlar bundan sonra öz torpaqlarında daha rahat, ən yüksək standartlara cavab verən şəraitdə yaşasınlar. Füzulidə inşa olunan, həqiqətən göz oxşayan yeni yaşayış kompleksləri bunun əyani sübutudur. Bu, həm də onun sübutudur ki, Qarabağa və Şərqi Zəngəzura əzəli sahibləri qayıdır. Ermənilərin torpaqlarımızda törətdiyi vandallığın, dağıntıların miqyasını görmək istəməyən, hər vəchlə onları gizlətməyə çalışan, üstündən heç nə olmamış kimi keçmək istəyən bir Ermənistandır, bir də onun özü tək bədniyyət havadarları. Azərbaycanın öz imkanları hesabına Qarabağda və Şərqi Zəngəzurda apardığı irimiqyaslı bərpa-quruculuq işlərinə sevinməyən də yalnız onlardır. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin bu mesajı xalqımızı, dost və qardaş ölkələri, beynəlxalq hüququn və ədalətin təntənəsinə sevinənləri nə qədər qürurlandırırsa, bədxahlarımızı da bir o qədər məyus edir: “Mənə dünən məlumat verildi ki, 800-dən çox insan artıq yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır. Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda-2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Yəni, bu, belə demək mümkündürsə, ən minimal göstəricidir”.

“Nəzərə alsaq ki, bərpa-quruculuq işləri torpaqların minalardan təmizlənməsi ilə paralel şəkildə və yalnız daxili imkanlarımız hesabına aparılır, Böyük Qayıdışa belə bir qısa müddətdə başlanılması, həqiqətən, qürur hissi doğurur. Milli qürurumuza və milli kimliyimizə rahatlıq gətirən başqa bir həqiqət isə ondan ibarətdir ki, bu tarixi günləri bizlərə heç kim bağışlamayıb. BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin, 28 il ərzində guya “tərəfsiz” vasitəçilik etmiş dairələrin bu tarixi nəticədə iştirak payı sıfıra bərabərdir. Əksinə, onlardan bəziləri uzun illər ərzində Ermənistanın işğalı ilə bağlı yaranan status-kvo vəziyyətinin qorunmasına, onun davamlı olmasına çalışıb. Belələri özləri-özlərini aldadaraq ümid ediblər ki, vaxt nə qədər uzanarsa, Azərbaycan xalqının yaddaşı korşalar, dövlətimiz isə haqlı tələblərindən geri çəkilər. Bədxahlarımız hesablamalarında ona görə aldandılar ki, onlar xalqımızın öz tarixi köklərinə və milli-mənəvi dəyərlərinə genetik kod səviyyəsində nə qədər bağlı olduğunu duya bilmədilər. Ən başlıcası, işğalçı Ermənistan və onun havadarları böyük səhvə yol verərək sadəlövhcəsinə Lider amilini unutdular. Anlamadılar ki, Prezident İlham Əliyev üçün tarixi köklərimizə və dəyərlərimizə bağlılıq, onların bir çoxlarından fərqli olaraq, sadəcə duyğusallıq məsələsi deyil. Bu, Azərbaycan Prezidenti üçün Ulu Öndər Heydər Əliyev ocağından və siyasi irsindən irəli gələn xilaskarlıq missiyasının məntiqi sonluğa çatdırılması ilə bağlı tarixi seçim məsələsidir. Bu, həm də həqiqət anıdır”, - deyə Ü.Quliyev əlavə edib.

Vurğulanıb ki, Ermənistanın və havadarlarının ən böyük səhvlərindən biri də onunla bağlı oldu ki, onlar Qarabağı bir gün də görməyən, onun suyunu içib havasını udmayan gənc nəslin Torpaq, Vətən naminə gözünü qırpmadan ölümə gedə biləcəklərini təsəvvürlərinə də gətirmirdilər. Çünki bədxahlarımız Azərbaycan xalqı üçün torpaq və qeyrət məfhumları arasında bərabərlik işarəsinin dayandığını görə bilmədilər. Ermənistanın özü üçün çox faydalı olardı ki, onun siyasi-hərbi rəhbərliyi, oradakı revanşist qüvvələr və onlara kənardan züy tutanlar Prezident İlham Əliyevin Füzulidə səsləndirdiyi bu böyük həqiqətin məğzinə varmağa cəhd etsinlər: “Mən iki gün əvvəl Xankəndinin əsas, mərkəzi meydanında xalqa müraciət edərkən demişdim ki, bu günə görə biz onlara borcluyuq. Bu, həqiqətdir. Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir. O gedir, o, sinəsini qabağa verir, o, ölümə gedir və Bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir və silinməyəcək”.

Azərbaycana qarşı ədalətsiz mövqeyindən əl çəkməyən Fransa və onun kimi ölkələr, onların “dirijor” çubuğu ilə Ermənistana “xristian təəssübkeşliyi və xristian erməni dövləti ilə həmrəylik” çağırışı altında dəstək verən və yalnız bu səbəbdən ölkəmizin əleyhinə qərəzli qətnamələr qəbul edən Avropa Parlamenti və Avropa Şurası kimi təşkilatlar Azərbaycan Prezidentinin Füzulidən verdiyi növbəti mesajın arxasında dayanan reallıqla, nəhayət ki, barışmalıdırlar: “Qarabağ münaqişəsi mövzusu bağlandı birdəfəlik! Separatçıların kitabı bağlandı birdəfəlik!”.

Bildirilib ki, Azərbaycanın bədxahları işğalçı Ermənistana dəstək naminə hətta beynəlxalq hüququ və ədalət prinsipini ucuzlaşdırmağı özlərinə yaraşdırsalar da, çirkin məqsədlərini demokratiya və insan haqları kimi ümumbəşəri dəyərlərin kölgəsində nə qədər gizlətməyə çalışalar da, bilsinlər ki, Azərbaycan Prezidentinə təsir edib onu haqq yolundan döndərə bilməyəcəklər. Çünki bu yol monolit bir cəmiyyətin, bütöv bir xalqın ümumi və yeganə seçimidir. Bu müqəddəs seçimin önündə Azərbaycan xalqının tərəddüdsüz güvəndiyi və tarixi qərarlarının düzgünlüyünə, uğurlu nəticələrinə zərrə qədər şübhə etmədiyi qətiyyətli Lideri dayanır!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın və İranın xarici işlər nazirləri arşında telefon danışığı olub

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüraliyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ