Xırdalanda mağazadan oğurluq edilib
Bakı, 12 iyun, AZƏRTAC
Xırdalanda mağazadan 3 ədəd mobil telefon oğurlanıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 6-da gecə saatlarında Xırdalan şəhəri ərazisində bir mağazadan 5800 manat dəyərində 3 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakini Rövşən Hüseynov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [11:57]