Xocalı soyqırımının canlı şahidləri erməni daşnaklarının insanlığa sığmayan vəhşiliklərdən danışmışlar
Tərtər, 26 fevral (AZƏRTAC, Tahir Ağaməmmədov). Xocalı faciəsi qurbanlarının xatirəsi respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da dərin hüznlə anılmışdır.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, müharibə veteranları, əmək kollektivlərinin nümayəndələri və Xocalıdan olan məcburi köçkünlər “Şəhidlər” abidəsi önünə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsini ehtiramla yad etmiş, şəhidlərin ruhuna dualar oxunmuşdur.
Heydər Əliyev mərkəzində davam edən tədbirdə Xocalı soyqırımından bəhs edən film göstərilmişdir. Tədbirdə çıxış edənlər erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri qırğının acı nəticələrindən, dinc əhaliyə amansız divan tutulmasından söhbət açmışlar.
Xocalıdan olan məcburi köçkünlər o dəhşətli günlərdə yaşananları bir daha xatırlayaraq, erməni daşnaklarının insanlığa sığmayan, qocaya, uşağa, qadına məhəl qoymadan törətdikləri vəhşiliklərdən danışmışlar. Xocalı sakinləri hərtərəfli qayğı ilə əhatə olunduqlarını vurğulayaraq, bu diqqətə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə etmişlər.
Rayon icra hakimiyyəti tərəfindən Xocalıdan olan ailələrə maddi yardım göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]
31 Mart soyqırımı Azərbaycan xalqının unudulmaz faciəsidir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]