XOCALI SOYQIRIMININ İLDÖNÜMÜ XARİCİ ÖLKƏLƏRDƏ DƏ QEYD OLUNUR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda deyilir ki, Yaponiyada fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti Xocalı soyqırımının 14-cü ildönümünə həsr edilimiş tədbirlərə fevralın 16-dan başlamışdır. Gündoğar ölkənin orta məktəblərində yapon şagird və müəllimləri üçün təşkil olunmuş tədbirlərdə Azərbaycanın qədim və müasir dövrü, mədəniyyəti, coğrafi vəziyyəti barədə ətraflı məlumatlar verilir. Tədbirlərin əsas mövzusu 1988-1994-cü illərdə Azərbaycan xalqının başına gətirilmiş müsibətlər, qanlı 20 Yanvar faciəsi, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və bunların acı nəticələri olmuşdur.
X X X
Fevralın 17-də isə Almaniyadakı “Maynts Azərbaycan Cəmiyyəti” “Soyqırımlar tarixi və Qərbin erməni iddiaları” adlı elmi-praktik konfrans keçirmişdir. Konfransda soyqırım və terrorizm tədqiqatçısı, sosial antropoloq və etnoqraf Səfa M.Yürükel çıxış etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]