XORVATİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB STEPAN MESİÇƏ
Hörmətli cənab Prezident,
Xorvatiya Respublikasının milli bayramı - Dövlətin elan edilməsi günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, Azərbaycan-Xorvatiya münasibətlərinin hərtərəfli inkişafı, dostluq əlaqələrimizin möhkəmlənməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi məqsədilə atdığımız addımlar bundan sonra da davamlı xarakter daşıyacaqdır.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 18 iyun 2008-ci il.