Yanğından zərər çəkmiş sahibkarlardan sənəd qəbulu başlanılıb
Bakı, 4 aprel, AZƏRTAC
Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi qaydası təsdiq edilib və dövlət qeydiyyatına alınıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 4-dən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında yanğın nəticəsində zərər çəkmiş sahibkarlardan maddi yardımın göstərilməsi ilə bağlı sənədlərin qəbuluna başlanılıb. Yanğın nəticəsində zərər çəkmiş sahibkarlardan sənədlərini agentliyə təqdim etmələri xahiş olunur.
Sahibkarlar vahid ərizə formasını buradan və ya Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən əldə edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:02]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [17:38]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:12]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [15:54]
Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT
- 10.06.2026 [15:22]