Yanvar-aprel aylarında əsas kapitala 12 faiz çox vəsait yönəldilmişdir
Bakı, 13 may (AZƏRTAC). Azərbaycanda inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən yanvar-aprel aylarında əsas kapitala 2,6 milyard manat, yaxud 2010-cu ilin eyni dövrü ilə müqayisədə 12 faiz çox vəsait yönəldilmişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, istifadə olunmuş vəsaitin 1,3 milyard manatı və ya 50,1 faizi məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 1,9 milyard manatını və ya 75,2 faizini daxili vəsaitlər təşkil etmişdir ki, bu da ötənilki səviyyədən 9,3 faiz çoxdur. Xarici mənbələrdən istifadə olunmuş vəsaitin məbləği isə 21,2 faiz artmışdır. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait ötən illə müqayisədə 5,1 faiz azalaraq 1,5 milyard manat təşkil etmişdir.
Cari ildə tikintisinin davam etdirilməsi məqsədəuyğun hesab edilən obyektlərdə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən 3 milyard 400 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulmuş və ilin əvvəlindən ötən dörd ayda həmin vəsaitin 683,4 milyon manatından istifadə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:55]
® “Sabah Investment Group”un rəhbərliyi Acarıstana işgüzar səfər edib
- 09.09.2026 [13:23]
Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır
- 09.09.2026 [13:11]
TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib
- 09.09.2026 [13:06]
“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb VİDEO
- 09.09.2026 [13:04]
Azərbaycan İtaliyaya neft tədarük edən ölkələr siyahısında ilk üçlükdədir
- 09.09.2026 [12:57]