İQTİSADİYYAT
Yanvar-aprel aylarında informasiya və rabitə müəssisələri 514,9 milyon manatlıq xidmət göstərib
Bakı, 22 may, AZƏRTAC
2016-cı ilin yanvar-aprel ayları ərzində informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 514,9 milyon manatlıq xidmət göstərib ki, bunun da 71,8 faizi əhali sektoruna aid olub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 11,0 faiz artıb. Bu sahədə əldə edilmiş gəlirin 81,1 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, xidmətlərdən əldə olunmuş gəlirlərin 49,7 faizi və ya 255,9 milyon manatı mobil telefon rabitəsindən yaranıb.