Yanvar-avqust aylarında 111,9 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb
Bakı, 21 sentyabr, AZƏRTAC
Bu ilin yanvar-avqust aylarında 111,9 min pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq həmin sosial ödənişlərin təyinatı elektronlaşdırılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu, vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən onlara müvafiq təyinatların e-qaydada aparılmasına imkan verib.
Ötən dövrdə 92,5 mini pensiya, 520 mini isə müavinət və təqaüd olan 612,5 min təyinat e-sistem üzərindən proaktiv qaydada aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [18:43]
Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub
- 08.06.2026 [18:33]
Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ
- 08.06.2026 [17:42]