Yanvar-oktyabr aylarında ixrac edilən polipropilenin dəyəri 81,3 milyon dollardır
Bakı, 19 noyabr, AZƏRTAC
On ayda Azərbaycandan 60 min tondan çox polipropilen ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, ixrac edilən polipropilenin dəyəri isə 81,3 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin müvafiq aylarında 96,4 milyon dollarlıq 70,4 min ton polipropilen ixraca göndərilib.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi üzrə inşa olunan polipropilen zavodunun illik istehsal gücü 184 min tondur. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-dən polipropilenin ixracına başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]