Azərbaycan Dövlət İnformasiya Agentliyi

YAP-ın təşkil etdiyi konfransda qarşıda duran yeni hədəflər müzakirə olunub VİDEO

Bakı, 24 dekabr, AZƏRTAC

Dekabrın 24-də Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Yeni hədəflər naminə” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Yeni Azərbaycan Partiyasının üzvləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov konfransı açaraq başa çatmaqda olan ildə qazanılan mühüm uğurlardan danışıb. Baş nazirin müavini belə uğurlardan birinin növbəti parlament seçkiləri olduğunu vurğulayıb. Bildirib ki, YAP bu seçkilərdə də möhtəşəm qələbə qazanıb. Bu qələbənin əsasında xalqın Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə sevgisi və etimadı, onun siyasətini dəstəkləməsi, dövlətimizin başçısının yüksək siyasi reytinqi dayanır. Təbii ki, burada YAP-ın namizədlərinin hər birinin siyasi nüfuzunun da öz təsiri var.

Əli Əhmədov cari ildə Azərbaycanın daha bir böyük uğuru kimi Bakıda keçirilən birinci Avropa Oyunlarını qeyd edib. Bildirib ki, birinci Avropa Oyunları Azərbaycanın sürətli inkişafını, qazandığı nailiyyətləri, ölkəmizin zəngin potensialını bütün dünyaya göstərdi.

Ötən on il Azərbaycanın özünün yeni inkişaf modelini bütün dünyaya təqdim etməsi dövrü kimi səciyyələndirilir. Azərbaycan bu illərdə sürətlə inkişaf edən ölkə, müasir cəmiyyət kimi formalaşaraq dünya birliyində özünə layiqli yer tuta bilib. Qarşıdan Azərbaycanın inkişafının yeni mərhələsi gəlir. Bu haqda danışan Baş nazirin müavini vurğulayıb ki, təbii ehtiyatlardan səmərəli şəkildə istifadə etməklə Azərbaycanın müasirləşməsinə imkan verən modelin yaratdığı imkanlar sayəsində ölkəmizin iqtisadiyyatının sürətli inkişaf modelinə keçid günün aktual məsələsinə və sosial sifarişə çevrilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında qarşıda duran hədəflər barədə reallığı əks etdirən nitqində bu istiqamətdə atılmalı olan vacib addımlar dəqiq müəyyənləşdirilib. “Qarşıda duran yeni hədəflər əsasən Azərbaycanın iqtisadi inkişafından istifadə edərək insanların rifahının yüksəldilməsi, sosial problemlərinin həlli ilə bağlı vəzifələrin yerinə yetirilməsidir. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin vəzifələr layiqincə yerinə yetiriləcək, Azərbaycan özünün müasir inkişaf modelində yeni korrektələr etməklə inkişafın yeni səviyyəsinə qalxmaq vəzifəsinin öhdəsindən uğurla gələcək”, - deyə Əli Əhmədov bildirib.

Konfransın əlamətdar günə - Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin ad gününə təsadüf etdiyini xatırladan Baş nazirin müavini tədbir iştirakçıları və YAP-ın çoxminli üzvləri adından dövlətimizin başçısına səmimi təbriklərini çatdırıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik Akif Əlizadə çıxışında vurğulayıb ki, Prezident İlham Əliyevin on ildən artıq müddətdə həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə strateji mövqeləri möhkəmlənib, ölkəmiz regionun lider dövlətinə çevrilib.

Sürətlə qloballaşan və virtuallaşan dünyanın müasir dövrün bir sıra problemləri ilə üz-üzə qaldığını qeyd edən AMEA prezidenti deyib ki, yeni təhlükələr, təhdidlər, risklər, müharibə ocaqları yaranır. Gələcəklə bağlı nikbin proqnoz vermək çətindir. Belə şəraitdə hər bir ölkə daxili resurslarına arxalanaraq təhlükəsizliyini təmin etməli, dünyada yaşanan maliyyə və iqtisadi böhrandan çıxmaq üçün öz siyasi modelində düzəlişlər aparmalıdır.

Akif Əlizadə bildirib ki, dövlətimizin başçısı AMEA-nın 70 illik yubiley mərasimindəki çıxışında Akademiyanın gələcək inkişafının prioritet istiqamətlərini dəqiq müəyyənləşdirib. Azərbaycanın yeni inkişaf modelinin, xüsusən qeyri-neft sektorunun inkişaf istiqamətlərinin müəyyənləşdirilərək həyata keçirilməsi, ölkənin demoqrafik vəziyyətinin elmi əsaslarla araşdırılması, insan kapitalına dair konsepsiyanın hazırlanması, mövcud təbii şərait və potensial nəzərə alınaraq kənd təsərrüfatının, eləcə də kimya sənayesinin inkişaf etdirilməsi hazırda Azərbaycan elmi qarşısında duran prioritetlərdir.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin dəstəyi ilə ölkəmizdə innovativ əsaslarla kimya sənayesinin yaradılması istiqamətində mühüm addımlar atılır. Bu baxımdan Sumqayıt Kimya Sənayesi Parkının yaradılması Azərbaycanın regionda lider mövqeyini daha da gücləndirəcək. Bu layihənin həyata keçirilməsində kimyaçı alimlər də fəal iştirak edirlər. Müvafiq dövlət qurumlarının nümayəndələri ilə səmərəli müzakirələr aparılır, gələcək kimya sənayesinin əsas istiqamətləri müəyyənləşdirilir.

AMEA prezidenti ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasında elmin istifadə imkanlarının araşdırılmasının, multukilturalizmin təşviqi istiqamətində ictimai və humanitar elmlər sahəsində tədqiqatların aparılmasının, müasir çağırışlar və hədəflər kontekstində qarşıda duran vəzifələrin reallaşdırılması üçün güclü elmi baza və potensialın yaradılmasının da Azərbaycan elminin prioritet istiqamətlərindən olduğunu vurğulayaraq bu sahədə görülən işlərdən danışıb.

Kənd təsərrüfatı naziri Heydər Əsədov çıxışında aqrar sektorda görülən işlərdən, əldə olunan nailiyyətlərdən bəhs edib. Qeyd olunub ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində qazanılan nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyev tərəfindən dəqiq müəyyənləşdirilmiş strategiya dayanır. Müstəqilliyin bərpasından sonra ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda fundamental aqrar siyasətin əsası qoyulub. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirərək həyata keçirdiyi islahatlar sayəsində kənd təsərrüfatı sürətli və dinamik inkişaf yoluna qədəm qoyub.

Heydər Əsədov bildirib ki, son iki ildə aqrar sahədə görülən işlərin əsas hədəfini həmin sektora dövlət dəstəyinin artırılması ilə xarakterizə etmək olar. Nazir bu dəstəyin əsas göstəricisi kimi sahibkarlara kənd təsərrüfatı texnikasının 40 faiz, gübrələrin 70 faiz güzəştlə verilməsini, suvarılan sahələrin genişləndirilməsi üçün müvafiq avadanlığın alınmasına xərclənən vəsaitin 40 faizinin dövlət tərəfindən ödənilməsini qeyd edib.

Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişaf etdirilməsi üçün cinsin dəyişdirilməsi istiqamətində atılan addımlar barədə məlumat verən nazir deyib ki, yeni cins heyvanların alınması ilə yanaşı, ölkədə süni mayalandırma işlərinin təşkili də mühüm əhəmiyyət kəsb edir. Bitkiçiliyin genişləndirilməsi üçün yüksək məhsuldarlığa malik və quraqlığa davamlı toxum sortlarının yetişdirilməsi istiqamətində zəruri tədbirlər görülür, yeni toxumçuluq mərkəzləri yaradılır. Bu məqsədə yönəlmiş institusional baza formalaşmaq üzrədir.

Aqrar sahədə dövlət dəstəyinin forma və mexanizmlərinin davamlı olaraq təkmilləşdirildiyini vurğulayan Heydər Əsədov bu baxımdan Nazirlər Kabineti tərəfindən 31 qərarın, habelə 6 qanunun qəbul edildiyini, Azərbaycan Prezidentinin 9 Sərəncam imzaladığını bildirib. Həmçinin 52 rayonda Kənd Təsərrüfatı Nazirliyinin yerli qurumları üçün binaların tikintisinin başa çatmaqda olduğunu qeyd edən nazir deyib ki, regionlarda toxumçuluq laboratoriyaları, torpaqların analizi, ərzaq təhlükəsizliyi ilə bağlı müvafiq şöbələr fəaliyyət göstərəcək, sahibkarlar üçün treninqlər təşkil ediləcək. Bununla yanaşı, Azərbaycan Dövlət Aqrar Universitetində təhsil ən müasir səviyyəyə uyğunlaşdırılır, yeni laboratoriyalar yaradılır.

Nazir, həmçinin ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində ən müasir tələblərə cavab verən laboratoriyanın, eləcə də yeni elmi-tədqiqat institutlarının yaradıldığını, aqrar sektorun inkişafı istiqamətində beynəlxalq əməkdaşlığın genişləndirildiyini diqqətə çatdırıb.

YAP-ın təşkil etdiyi konfransda qarşıda duran yeni hədəflər müzakirə olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb