YAPONİYA HÖKUMƏTİNİN NÖVBƏTİ QRANTI
Məktəbdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, təhsil naziri Misir Mərdanov mərasimdə çıxış edərək ölkəmizdə təhsilin inkişafı ilə bağlı görülən işlərdən, qazanılan uğurlardan danışmış, cari ildə Yaponiya hökumətinin maliyyə dəstəyi ilə respublikamızda 14 məktəb binasının tikildiyini bildirmişdir.
Yaponiyanın Azərbaycandakı səfiri Toşiyuki Fucivara öz ölkəsinin respublikamızın təhsil sisteminə yardımı barədə məlumat vermiş, gələcəyin bacarıqlı sənətçilərinin hazırlanması üçün bu təhsil ocağına da qayğı göstərilməsinin vacibliyini vurğulamışdır.
Sonra məktəbin rəhbərliyi ilə səfirlik arasında qrant müqaviləsi imzalanmışdır.
Məktəbin direktoru Nigar Cərullaqızı qayğıya görə səfirə təşəkkür etmişdir.
Mərasimdə şagirdlər maraqlı konsert proqramı ilə çıxış etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]