Yaponiyada dünyada ən böyük AES-in fəaliyyəti bərpa edilib
Pekin, 9 fevral, AZƏRTAC
“Tokyo Electric Power Co” şirkəti dünyanın ən böyük atom elektrik stansiyası olan Kaşivazaki-Kariva AES-in 6 nömrəli reaktorunu yenidən işə salıb.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, reaktorun işə salınması yanvarın 20-nə planlaşdırılsa da, siqnalizasiya sistemindəki problemə görə təxirə salınmışdı. Stansiyanın yerləşdiyi Niiqata prefekturasının hələ noyabrda AES-in qismən yenidən işə salınmasına icazə verib. Bu, Yaponiyanın nüvə sənayesini dirçəltmək və qazıntı yanacağı idxalını azaltmaq səylərinin bir hissəsidir. Kaşivazaki-Kariva AES-in işə salınması Fukuşima AES-də nüvə fəlakətindən təxminən 15 il sonra ölkənin nüvə enerjisinə qayıtmasında dönüş nöqtəsi hesab olunur.
Qeyd edək ki, paytaxt Tokiodan təxminən 220 kilometr şimal-qərbdə yerləşən Kaşivadzaki-Kariva atom elektrik stansiyası 2011-ci ildə baş verən Fukuşima-Dayiçi AES-in işini iflic edən zəlzələ və sunamidən sonra bağlanan 54 reaktor arasında idi. Baş nazir Sanae Takaiçi enerji təhlükəsizliyini gücləndirmək və Yaponiyanın elektrik enerjisi istehsalının 60-70 faizini təşkil edən idxal olunan enerjinin dəyərini ödəmək üçün atom elektrik stansiyalarının yenidən istismara buraxılmasını dəstəklədiyini bildirib. 2024-cü ildə Yaponiya mayeləşdirilmiş təbii qaz və kömür idxalına 68 milyard dollar xərcləyib ki, bu da ümumi idxal xərclərinin 10 faizi deməkdir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.02.2026 [12:18]
Pakistan Fələstinə 28-ci humanitar yardım partiyasını göndərib
- 09.02.2026 [11:20]
Səudiyyə Ərəbistanı Dünya Müdafiə Sərgisində “ağıllı” dəbilqəni təqdim edib
- 09.02.2026 [11:00]
İlon Mask: “SpaceX”in prioriteti Ayda şəhər yaratmaqdır
- 09.02.2026 [10:48]
Avropada ekstremal hava şəraiti onlarla insanın ölümünə səbəb olub
PSJ 3 xalı darmadağınla qazanıb
- [01:49]
Səudiyyə Ərəbistanı İspaniyadan 20 yeni sürət qatarı alır
- 08.02.2026 [23:51]
Türkiyə Superliqası: “Beşiktaş” öz meydanında xal itirib
- 08.02.2026 [23:23]
Bundesliqa: “Bavariya” böyük hesabla qələbə qazanıb
- 08.02.2026 [23:19]
Suriya dənizdə neft-qaz ehtiyatlarının kəşfiyyatına başlamağı planlaşdırır
- 08.02.2026 [23:07]
Türkiyə millisinin basketbolçusu “NBA All-Star”ın heyətinə daxil edilib
- 08.02.2026 [22:39]
Türkiyə Superliqası: "Qalatasaray" səfərdə asan qələbə qazanıb
- 08.02.2026 [21:55]
Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzi ilə tanış olublar
- 08.02.2026 [21:35]
“Fənərbağça” Anderson Talişka ilə müqavilənin müddətini uzadıb
- 08.02.2026 [21:25]
Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirini 3 medalla başa vurublar
- 08.02.2026 [21:11]
Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”a, “Zirə” “Sumqayıt”a qalib gəlib
- 08.02.2026 [20:40]
Qubada qonaqlıqda 8 nəfər zəhərlənib
- 08.02.2026 [20:02]
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi olub
- 08.02.2026 [19:57]
Azərbaycanın Qış Olimpiya komandasına dəstək: Milanda idmançılarla görüş
- 08.02.2026 [19:01]