Azərbaycan Premyer Liqası: “Kəpəz” “İmişli”yə, “Turan Tovuz” autsayderə qarşı
Bakı, 9 fevral, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha 2 oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, günün ilk matçı Qubada “İmişli” və “Kəpəz” komandaları arasında olacaq. Saat 14:30-da start götürəcək görüşü Fərid Hacıyev idarə edəcək.
Turnir cədvəlində İmişlinin eyniadlı təmsilçisi 18 xalla 9-cu, Gəncə klubu isə 12 xalla 11-ci pillədə qərarlaşıb.
Digər matçda “Turan Tovuz” “Azersun Arena”da “Karvan-Yevlax”ı qəbul edəcək. Qarşılaşma saat 18:30-da başlayacaq. Oyunun baş hakimi Vüqar Həsənli olacaq.
Hazırda 30 xalı olan “Turan Tovuz” 4-cü sırada yer alıb. Tovuz təmsilçisinin ehtiyatda bir oyunu var. Yevlax klubu isə 6 xalla sonuncu – 12-cidir.
Qeyd edək ki, XIX turun ilk oyun günündə “Sabah” evdə “Araz-Naxçıvan”ı 4:1, “Zirə” isə səfərdə “Sumqayıt”ı 3:2 hesabı ilə məğlub edib. Tura fevralın 10-da keçiriləcək 2 oyunla yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]