Son üç ildə 500 kibertəhlükəsizlik mütəxəssisi əmək bazarına çıxarılıb
Bakı, 9 fevral, AZƏRTAC
Bu gün Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 6-cı dalğanın məzun günü keçirilir. Mərkəzdə müxtəlif istiqamətlər üzrə “red”, “blue” və “purple team” adlandırılan xüsusi ixtisas artırma təlimlərini başa vuran məzunlar artıq əmək bazarına inteqrasiya olunurlar.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnformasiya Təhlükəsizliyi Departamentinin müdiri Şahmar Hacıyəhyayev deyib: “Son üç ildə Mərkəz tərəfindən 480–500 kibertəhlükəsizlik üzrə mütəxəssis hazırlayaraq əmək bazarına çıxarılıb. Eyni zamanda, dayanıqlı kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması, insan kapitalının güclü yetişdirilməsi və yerli məhsulların inkişafı istiqamətində mühüm fəaliyyətlər həyata keçirilir”.
Ş.Hacıyəhyayev bildirib ki, Mərkəzin məzunlarının təxminən 86 faizi artıq əmək bazarında işləyir. 200 nəfərə yaxın rəhbər şəxs üçün kiberdayanıqlılıq, kibermaarifləndirmə və kiberqiymətləndirmə təlimləri təşkil olunub ki, qərarverici şəxslər qurumlarında texnologiyaları düzgün tətbiq edə bilsinlər.
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi gələcək üç ildə də strateji fəaliyyətini həm daxili, həm də xarici tərəfdaşlarla əməkdaşlıq çərçivəsində davam etdirəcək. Qurum insan kapitalının inkişafı və milli kiberməhsulların bazarda tətbiqi istiqamətində layihələr həyata keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.02.2026 [10:40]
Dünya bazarında qızıl 80 dollar bahalaşıb VİDEO
- 09.02.2026 [10:39]
Neftin qiyməti geosiyasi təzyiq altında qalmaqda davam edir
- 09.02.2026 [10:37]
Dünya birjalarında neft ucuzlaşıb
Dənizin dostu, səmanın yaraşığı
- [12:45]
PSJ 3 xalı darmadağınla qazanıb
- [01:49]
Səudiyyə Ərəbistanı İspaniyadan 20 yeni sürət qatarı alır
- 08.02.2026 [23:51]
Türkiyə Superliqası: “Beşiktaş” öz meydanında xal itirib
- 08.02.2026 [23:23]
Bundesliqa: “Bavariya” böyük hesabla qələbə qazanıb
- 08.02.2026 [23:19]
Suriya dənizdə neft-qaz ehtiyatlarının kəşfiyyatına başlamağı planlaşdırır
- 08.02.2026 [23:07]
Türkiyə millisinin basketbolçusu “NBA All-Star”ın heyətinə daxil edilib
- 08.02.2026 [22:39]
Türkiyə Superliqası: "Qalatasaray" səfərdə asan qələbə qazanıb
- 08.02.2026 [21:55]
Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzi ilə tanış olublar
- 08.02.2026 [21:35]
“Fənərbağça” Anderson Talişka ilə müqavilənin müddətini uzadıb
- 08.02.2026 [21:25]