Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 9 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinə Palatanın Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Miel, həmçinin “Apple”, “Ardea Energy Technologies Inc.”, “Ericsson AB”, “ExxonMobil”, “Herbalife”, “Illumina”, “Meta”, “Visa”, “Wabtec”, “Baker Hughes”, bp, “Boeing Global”, “Honeywell”, “J.P.Morgan”, “Lummus Technology”, “Marriott”, “Mastercard”, “Shell International”, “Azerbaijan Coca-Cola Bottlers” MMC və “Motorola Solutions” şirkətlərinin rəhbər şəxsləri daxildir.

Qonaqları salamlayan Prezident İlham Əliyev dedi: “Sabahınız xeyir, xoş gəlmisiniz. Sizi görmək çox xoşdur. Şadam ki, böyük nümayəndə heyəti ilə səfərə gəlmisiniz. Bir neçə ay bundan öncəki görüşümüzü xatırlayıram və məmnunam ki, siz dəvətimizi qəbul edərək ölkələrimiz arasında münasibətlərin çox fəal inkişaf etdiyi vacib bir vaxtda Azərbaycana səfərə gəlmisiniz.

Bildiyiniz kimi, biz hazırda ikitərəfli əlaqələrin çox ümidverici və fəal olan yeni mərhələsinə qədəm qoyuruq və əlbəttə, ABŞ Vitse-prezidentinin səfəri ərəfəsində sizin nümayəndə heyətinizin gəlişi də olduqca əhəmiyyətlidir. Çünki bizim təmaslarımızın bir hissəsi biznes, sərmayə, ticarət münasibətləri və strateji gündəliyimizin tərkib hissəsi olan bir sıra digər məsələlər üzərində cəmləşib.

Bilirəm ki, müxtəlif dövlət rəsmiləri ilə sizin çoxsaylı görüşləriniz nəzərdə tutulub. Əminəm ki, onlar sizin bütün suallarınızı cavablandıracaqlar. Düşünürəm ki, bu səfərin nəticəsində biz müxtəlif istiqamətlərdə daha fəal təmasların şahidi olacağıq. Onu da bilirəm ki, siz ABŞ iqtisadiyyatının müxtəlif seqmentlərini təmsil edirsiniz və bu, çox faydalı olacaq, çünki bu günə qədər iqtisadi əlaqələrimiz bizim görmək istədiyimiz səviyyədə deyil.

Bir daha xoş gəlmisiniz, sizə ölkəmizdə xoş vaxt keçirməyi arzulayıram. Bilirəm ki, mütləq əksəriyyətiniz üçün bu, ilk səfərdir və bu, Azərbaycan haqqında daha çox məlumat əldə etmək üçün yaxşı fürsətdir. Xoş gəlmisiniz”.

Kuş Çoksi: Zati-aliləri, təşəkkür edirəm. Burada olmaq çox xoşdur. Biz BMT Baş Assambleyası çərçivəsində Sizinlə görüşdük və Siz bizi Azərbaycana dəvət etdiniz, böyük nümayəndə heyətinin gəlişini arzuladınız. ABŞ-dakı səfiriniz Xəzər İbrahim, İqtisadiyyat Nazirliyi, “AZPROMO” və ABŞ-ın burada fəaliyyət göstərən səfirliyindəki həmkarlarımızın dəstəyi ilə 31 şirkətin nümayəndəsi Azərbaycana gəlib. Bu səhər burada onlardan bəziləri iştirak edir, lakin nümayəndə heyətinin özü daha genişdir – 31 şirkətdən 60 nəfər nümayəndə. Yəni bu masada da böyük heyət var. Biz həqiqətən də burada olmağımızdan məmnunuq. Adətən biznes əlaqələri siyasi əlaqələrdən daha sürətli inkişaf edir. Ancaq burada bir az qeyri-adi olan odur ki, siyasi münasibətlər iqtisadi əlaqələri üstələyir. Buna baxmayaraq, şirkətlər sürətlə hərəkət edir və biz tezliklə lazımi səviyyəyə çıxacağıq. Bu, Sizin rəhbərliyiniz və hökumətinizin fəaliyyətinin nəticəsidir ki, burada iştirak edən nümayəndələr müxtəlif sahələri təmsil edirlər.

Prezident İlham Əliyev: Bəli, bunu görürəm.

Kuş Çoksi: Burada yalnız enerji deyil, texnologiya, qida məhsulları və nəqliyyat sahələri təmsil edilir. Bu fürsətə görə Zati-alinizə, sadəcə, təşəkkürümüzü bildirmək istəyirik.

x x x

Qonaqlar, ilk növbədə, qəbula görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər. Ölkəmizə səfər etməkdən məmnunluqlarını ifadə edən bir çox nüfuzlu şirkətin təmsilçiləri Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını dedilər. Onlar təmsil etdikləri şirkətlərin fəaliyyəti, həmçinin ölkəmizlə həyata keçirdikləri əməkdaşlıq barədə məlumat verdilər.

x x x

Kuş Çoksi: Zati-aliləri, çox sağ olun. Biz Sizi biznes icmasını təmsil edən daha da böyük nümayəndə heyəti ilə görüşmək üçün Vaşinqtona dəvət etmək istəyirik. Azərbaycana çox böyük maraq var. Hesab edirəm ki, hər şey iki il bundan əvvəl COP-dan başladı və COP çox uğurlu bir tədbir oldu və Sizin xatırlatdığınız kimi bu COP-da dünyanın ehtiyacı olan neftin və ənənəvi enerjinin və yeni enerji mənbələrinin önəmi qeyd olundu. Bu gün burada bütün sektorlardan - əsas sektorlardan, yaranmaqda olan sektorlarda fəaliyyət göstərən şirkətlərin nümayəndələri yığışıb. O vaxtdan bəri biz Azərbaycana çox böyük marağın olduğunun şahidiyik. Sizin nazirlər həmişə gələ bilərlər. Qarşılıqlı əlaqə üçün nə qədər çox imkan olsa, Azərbaycanda Amerika şirkətləri üçün mövcud olan fürsətlərin onlar tərəfindən qavranılması bir o qədər də çox olacaq. Gələn dəfə Siz Nyu-Yorkda olanda, - Sizin necə məşğul olduğunuzu bilirəm, lakin biz əvvəlcədən planlaşdıracağıq, - səfəriniz çərçivəsində bizim üçün dəyirmi masanın təşkilində yardımçı olmağı xahiş edəcəyik. Bəlkə Nyu-Yorka bir gün əvvəl gələ bilərsiniz, - hətta bu, bazar günü də ola bilər, - Sizin fikirlərinizi, şirkətlərlə bağlı fikirlərinizi öyrənmək istəyirik.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Bu dəvətə görə çox sağ olun. Bir daha bizimlə birlikdə olduğunuz üçün təşəkkür edirəm. Mən bizi ziyarət edən şirkətlərin siyahısına nəzər saldım və sizin qeydlərinizi nəzərə alaraq deyə bilərəm ki, bu şirkətlərin bir çoxu ilə bizim uzun illər ərzində səmərəli əməkdaşlığımız mövcuddur. Şirkətlərin bəziləri yenidir və bu da tamamilə təbiidir. Çünki birincisi, müstəqilliyinin erkən illərindən Azərbaycan beynəlxalq tərəfdaşlığa çox açıq idi və bir çox beynəlxalq şirkətlərlə, o cümlədən ABŞ şirkətləri ilə yaxşı təmaslar qurmuşdur. Ona görə də bu şirkətlərin adlarının mənə çox tanış gəlməsi olduqca təbiidir.

Digər tərəfdən, keçən ilin avqust ayında Vaşinqtonda mənim Prezident Trampla görüşümdən qaynaqlanan ABŞ-Azərbaycan münasibətlərinin fəal inkişaf etdiyi bu mərhələdə əməkdaşlıq etdiyimiz sahələrin diapazonunu genişləndirəcəyimiz də təbiidir. Keçən ilin avqust ayında biz Prezident Trampla Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə sənədi imzaladıq və burada xüsusi bəndlər var. O vaxtdan bəri mən ticarət, iqtisadiyyat, investisiyalar, enerji, süni intellekt, müdafiə sənayesində əməkdaşlıq və digər sahələri müzakirə etmək üçün Vaşinqtona hökuməti təmsil edən dörd nümayəndə heyətini göndərdim. Hökumət rəsmiləri arasında çoxsaylı təmaslar olmuşdur və mənim Prezident Trampla sonuncu görüşüm keçən ay Davosda oldu, baxmayaraq ki, onun qrafiki çox sıx idi və o, çox qısa müddətlik orada idi. Onun Azərbaycan Prezidenti ilə görüşməsi bir daha bizə və bütün regiona bu münasibətlərin bizim üçün necə də önəmli və onların necə də mehriban olduğunu nümayiş etdirir.

Beləliklə, enerji, ticarət, investisiyalardan ibarət olan ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, biz indi rəqəmsal transformasiya, süni intellektə aid çox vacib sahələr üzərində çalışırıq və ümid edirik ki, Amerika şirkətləri bizim əsas tərəfdaşlarımız olacaq. Artıq yaxşı təmaslarımız var və yeri gəlmişkən, siz bizim hökuməti təmsil edən nümayəndə heyətlərinin birinin səfəri zamanı bu barədə qeydlərinizi bildirdiniz. Rabitə, süni intellekt, data mərkəzlərinin yaradılması sahəsində fəaliyyət göstərən şirkətlərlə geniş bir görüş oldu. İndi bu, bizim üçün prioritet məsələlərdən biridir. Hesab edirəm ki, bizim çoxlu üstünlüklərimiz var.

Birincisi, coğrafi yerləşmə. İkincisi, çox asan olmayan dövrdə yaradılmış neft və qaz boru kəmərləri, dəmir yolları, elektrik kabel xətləri kimi mövcud kommunikasiya infrastrukturu. Sonra ən önəmli məsələlərdən biri bizim istifadə etmədiyimiz, istehlak etmədiyimiz və hələ ki, ixrac etmədiyimiz çoxlu elektrik enerjimiz var. Hələ ki, söhbət mövcud olan təqribən 2 giqavat elektrik enerjisinin istehsalından gedir. Azərbaycanın yerləşdiyi daha geniş regionda biz hər hansı növ enerji mənbələrinin idxalından asılılığı olmayan yeganə ölkəyik. Biz özümüzü neft, qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ilə təmin edirik və indicə qeyd etdiklərimin hamısını ixrac edirik. Beləliklə, bir çox ölkələr üçün çox faydalı olacaq artan ixracla yanaşı, bizim hədəfimiz məhz budur. Bu gün, yeri gəlmişkən, biz təbii qazı boru kəmərləri ilə 16 ölkəyə ixrac edirik və qazın boru kəməri ilə təchizatı nöqteyi-nəzərindən dünyada birinci yerdəyik. Lakin bununla yanaşı, biz süni intellekt və rəqəmsal transformasiya sahəsində tərəfdaşlarımızın olması üçün Amerika və digər ölkələrdən olan aparıcı şirkətləri cəlb etmək məqsədilə buradakı enerji potensialımızdan istifadə etmək istəyirik. Qazıntı yanacağına gəldikdə, - hansı ki, müəyyən siyasi gündəmə görə uzun illər ərzində ayrı-seçkiliyə məruz qalmışdır, - biz şadıq ki, hər bir digər sahədə olduğu kimi, Prezident Trampın siyasəti realist ssenariyə söykənir, populizmdən çox uzaqdır və real vəziyyətə əsaslanır. Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz və qazıntı yanacağı ehtiyatları zəngin olan ölkələr buna görə günahlandırılmamalıdır. Siz COP-u qeyd etdiniz, COP-a ev sahibliyi edən ölkənin rəhbəri olaraq mənim mesajlarımdan biri o idi ki, biz neft-qaza malik olduğumuza görə günahlandırılmamalıyıq.

Mən, həmçinin dedim ki, bir çox ölkələr COP keçirib və həmin ölkələr Azərbaycandan 10 dəfə çox neft və qaz istehsal edir, lakin onlar media hücumlarına məruz qalmayıblar. Mənim mesajım ondan ibarət idi ki, ölkələr karbohidrogen ixracından gələn gəlirləri necə istifadə etdiklərinə görə dəyərləndirilməlidirlər. Hər kəs görə bilər ki, Azərbaycanda sərvətin bölüşdürülməsi çox ədalətli şəkildə həyata keçirilir. İkincisi, onların iqlim məsələsinə töhfəsi nədən ibarətdir? Bizim isə azı 100 il müddətinə təkcə daxili istehlak üçün deyil, həm də ixrac üçün təbii qaz ehtiyatları ilə təmin olunduğumuz halda bərpaolunan enerjiyə investisiya yatırılması və investisiya cəlb olunması həqiqətən də məsuliyyətimizi nümayiş etdirir.

Söylədiyim kimi, 2 giqavat enerji artıq mövcuddur və imzalanmış müqavilələrə əsasən - anlaşma memorandumlarına deyil, müqavilələrə əsasən, 2032-ci ilə qədər biz əlavə 7-8 giqavat Günəş və külək enerjisinə sahib olacağıq. Qeyd etdiyim kimi, bütün bunlar artan iqtisadiyyat, inkişaf edən sənaye, xüsusilə bizim qlobal süni intellekt qovşaqlarından və məlumat mərkəzlərindən biri olmaq hədəfimiz şəraitində daxili istehlak üçün əlçatan olacaq. Üstəlik, bu, etibarlı elektrik və qaz təchizatı mənbələri çatışmazlığından və ya olmamasından əziyyət çəkən daha çox ölkələrə kömək edəcək. Üzərində işlədiyimiz layihələrdən biri də Azərbaycandan Avropaya Qara dəniz vasitəsilə kabel xəttinin, həmçinin Prezident Trampın irəli sürdüyü və onun adını daşıyan, Azərbaycanla Ermənistan arasında sülhə nail olunduqdan sonra reallaşması mümkün olan TRIPP layihəsi - Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu vasitəsilə ötürücü xətlərin, mövcud olanlardan əlavə, yeni ötürücü xətlərin çəkilməsidir.

Biz bağlantıları da diqqət mərkəzində saxladığımız mühüm sahələrdən biri hesab edirik. Nəqliyyat və logistika infrastrukturumuzu lazımi səviyyəyə çatdırmaq üçün indiyədək çox işlər görülüb. Hazırda bizim dəniz limanımızın yükaşırma qabiliyyəti 15 milyon tondur və onun genişləndirilməsi yükaşırma qabiliyyətini 25 milyon tona gətirib çatdıracaq. Dəmir yollarımız müasirləşdirilir. Ermənistan ərazisindən keçəcək və sonra Orta Dəhlizin daha bir davamına çevriləcək yeni dəmir yolu tikilir. Doqquz beynəlxalq hava limanı, regionda ən böyüklərdən biri, bəlkə də ən böyük olan yükdaşıma hava yolu şirkəti - bütün bunlar artıq bir üstünlükdür.

Xüsusilə Azərbaycanla Mərkəzi Asiya, Azərbaycanla Avropa arasında bağlantılara artan marağı da nəzərə alsaq, kəmərlərin inşasında təcrübəmizi diqqətə alsaq, biz bəlkə də ölkələri bir araya gətirən ölkələrdən biriyik və ya yeganə ölkəyik. Kəmər inşa etmək çətindir, məsrəflidir və bizim coğrafiyamızda dağlardan keçib, sonra lazım gələndə dənizin dibi ilə çəkmək həqiqətən də böyük çətinlikdir. Üstəlik, xüsusilə bir neçə ölkədən keçən, Xəzər dənizindən başlayıb İtaliyada bitən, uzunluğu 3500 kilometr olan kəmər inşa edilirsə, hər kəslə əlaqələriniz, yaxşı əlaqələriniz olmalıdır. Bu geniş regionda belə təcrübəyə ancaq biz malikik. İş onda deyil ki, mən Azərbaycan haqqında yaxşı sözlər deyirəm, bu reallıqdır.

Bir çox ölkələri birləşdirən layihələrdə diplomatiya, bacarıq, təcrübə və artıq nəticələr olmalıdır. Bizim vəziyyətimizdə biz bunların hamısına malikik. Mən əminəm ki, sizin missiyanızın nəticəsi tezliklə praktiki layihələrdə həyata keçəcək. Sözsüz ki, görüşəcəyiniz hökumət üzvləri bizim planlarımızın nədən ibarət olduğu, nələrin işlənmə mərhələsində olduğu barədə sizə daha ətraflı məlumat verəcəklər. Düşünürəm ki, bu cür missiyalar mütəmadi olaraq baş tutmalıdır. Yenidən Amerikaya səfər edəndə sizinlə görüşməyə hazıram. Həmçinin yenilənmiş məlumatları almaq və daha hansı işləri görə biləcəyimizə nəzər salmaq üçün sizdən buraya azı ildə bir dəfə gəlməyinizi xahiş edirəm.

x x x

bp şirkətinin Amerika üzrə kommunikasiya və xarici əlaqələr üzrə baş vitse-prezidenti Meri Strit ölkəmizlə bp arasında uzun illərdir davam edən uğurlu tərəfdaşlığı qeyd etdi. O, Azərbaycanda müşahidə etdikləri müsbət investisiya mühitinə toxundu, yerli kadrların hazırlanması məsələsini diqqətə çatdırdı. “Söhbət təkcə müsbət investisiya mühitindən deyil, həm də işçi qüvvəsindən gedir. Buna görə təşəkkür edirəm”, - deyən qonaq ölkəmizlə güclü tərəfdaşlığı davam etdirmək niyyətində olduqlarını bildirdi.

x x x

Prezident İlham Əliyev də öz növbəsində Azərbaycanla bp arasında əməkdaşlığı vurğulayaraq dedi: “Təşəkkür edirəm. Sizin də qeyd etdiyiniz kimi, biz də 30 ildən artıq davam edən tərəfdaşlığı yüksək qiymətləndiririk. Bu, ölkənin transformasiyasında mühüm rol oynadı. Çünki bp və Azərbaycan 1994-cü ildə birgə fəaliyyətə başlayanda Azərbaycan ciddi problemləri olan ölkə idi. Həmin dövrdə bizim Ermənistanın təcavüzü nəticəsində etnik təmizləməyə məruz qalaraq didərgin salınmış bir milyon evsiz insanımız var idi. Büdcəmizdə vəsait sıfır idi. Elektrik enerjisi kəsintilərimiz var idi, elektrik enerjisi çatışmırdı, hətta neft hasilatı sürətlə azalırdı və uğur qazanmaq perspektivi çox aşağı idi. Beynəlxalq neft şirkətlərindən, əsasən bp və başqalarından investisiyalar cəlb olunması bizim həyatda qalmağımız və dövlət qurmağımız üçün yeganə yol idi. Beləliklə, bp və digər şirkətlərin bizə etimadı mühüm rol oynadı, biz bunu heç vaxt unutmayacağıq. Həmin vaxtdan bəri 30 ildən çox müddətdə heç bir narazılıq və ya heç bir hüquqi məsələ olmayıb. Beləliklə, bu, ev sahibi ölkə ilə aparıcı enerji şirkəti arasında əməkdaşlığın yaxşı nümunəsidir.

İndi əməkdaşlıq bərpaolunan enerjiyə transformasiya olunur. 2020-ci ilədək işğal altında olan Cəbrayıl şəhərində bp 240 meqavatlıq Günəş enerji stansiyasının yaradılmasında iştirak edir. Səngəçalda ən böyük neft-qaz terminalının karbonsuzlaşdırılması da bp tərəfindən yaşıl gündəliyə böyük töhfədir. Çoxlu başqa planlar da var, mövcud və yeni layihələr var, buraya qaz hasilatının artırılması da daxildir. Ümidvarıq ki, bu il dərinsulu “Azəri-Çıraq-Günəşli” layihəsində bunun şahidi olacağıq. Həmçinin neft hasilatının sabitləşdirilməsi bizim üçün əhəmiyyət kəsb edir. Biz çox səmərəli şəkildə işlədiyimiz və işləməyə davam etdiyimiz bütün enerji şirkətləri ilə yaxşı əlaqələr qurmuşuq. Düşünürəm ki, məhz buna görə neft hasilatının obyektiv səbəblərdən aşağı düşməsinə baxmayaraq, Azərbaycana investisiya yatırmağa maraq hələ də çox yüksəkdir.

Mən “Exxon”un nümayəndələrini görürəm. O da Azərbaycanda investisiya layihələrinə qoşulan ilk şirkətlərdən biridir, hazırda yeni layihələr üzərində işləyir. Ümidvaram ki, yaxşı nəticələr əldə olunacaq. Ötən ilin avqustunda Vaşinqtona səfərim zamanı çox ümidverici və çox cəlbedici layihə ilə bağlı Anlaşma Memorandumunu imzaladıq. Əgər uğurlu olarsa, ümidvarıq ki, bu, bizə neft sənayemizi inkişaf etdirmək üçün əlavə imkanlar yaradacaq, eyni zamanda, həmişə olduğu kimi, neft satışından əldə etdiyimiz vəsaiti qeyri-neft iqtisadiyyatına investisiya yatırmaq üçün bizə əlavə imkan verəcək.

Yeri gəlmişkən, iqtisadiyyatı şaxələndirmək bizim qarşımıza qoyduğumuz hədəflərdən biridir. Biz yaxşı nəticələr görürük. Mən indicə bu ilin yanvarının statistikasına baxdım, bizim qeyri-neft və qaz sənayemiz demək olar ki, 8 faiz artıb. Bu, həmin şaxələndirmə sayəsində mümkün olub. Beləliklə, ənənəvi enerji mənbələri ilə bağlı müqavilələr və əməkdaşlıq bizə vəsait toplamaq və yenidən investisiya yatırmaq imkanı verir”.

x x x

“Visa” şirkətinin baş vitse-prezidenti, MDB və Cənubi və Şərqi Avropa regionu üzrə meneceri Kristina Doros artıq 30 ildir ki, yerli banklarla səmərəli əməkdaşlıq həyata keçirdiklərini bildirdi. O vurğuladı ki, təmsil etdiyi şirkət Azərbaycanda qabaqcıl, təhlükəsiz və inklüziv ödəniş sisteminin inkişafı ilə bağlı layihələr həyata keçirir. Kristina Doros “Azərbaycan 2030” Strategiyası çərçivəsində milli prioritetlər üzərində işlə bağlı Azərbaycan hökuməti ilə əməkdaşlıq və tərəfdaşlığa görə minnətdarlığını ifadə etdi.

x x x

“Visa” şirkətinə əməkdaşlığa görə təşəkkür edən və əlaqələrin perspektivinə toxunan Prezident İlham Əliyev dedi: “Mən “Visa” ilə çox məhsuldar əməkdaşlıq barədə hökumət qurumlarımızdan məlumat almışam və biz bundan məmnunuq. Əlbəttə ki, siz burada müxtəlif tərəfdaşlarla – İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və bir çox digər təşkilatlarla işləyirsiniz. Gündəliyimiz, planlarımız və burada görülən işlər barədə məlumatınız var. Biz birmənalı olaraq, müasirləşməni davam etdirmək, insanların gündəlik həyatını daha rahat etmək üçün gələn illərdə “Visa” ilə sıx işləyəcəyik. Çox sağ olun”.

Yekunda çıxış edən Prezident İlham Əliyev Azərbaycanda yaradılmış əlverişli investisiya mühitindən bəhs etdi, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı roldan danışaraq dedi: “Bizimlə olduğunuza görə bir daha təşəkkür edirəm. Mən şirkətlərin siyahısına baxdım və dediyim kimi, bizimlə uzun illər çalışan şirkətləri gördüm. Onlar, həmçinin bunu öz çıxışlarında qeyd etdilər. Məsələn, “Apple”, “Baker Hughes”, “Boeing”, bp, “Coca-Cola”, “Ericsson”, “Exxon”, “J.P. Morgan”, “Honeywell”, “Marriott”, “Mastercard”, “Visa” və mənim üçün bəzi digər yeni adlar da var. Beləliklə, düşünürəm ki, mövcud əməkdaşlığı artırmaq üçün yaxşı tərkib var. Ölkəmizə ilk dəfə səfər edən şirkətlər üçün isə Azərbaycanda işgüzar fəaliyyət aparmaq üçün bu görüş yaxşı istinaddır. Ümumiyyətlə, ölkəmizdə çox müsbət biznes mühiti mövcuddur. Biz nəhəng sərmayələri cəlb etmişik. Əgər ölkənin ölçüsünə və əhalinin sayına baxsanız, son iki onillik ərzində 350 milyardlıq sərmayə həqiqətən çox böyük rəqəmdir. Hamımızın bildiyi kimi, sərmayələr istənilən ölkənin inkişafında əsas aparıcı qüvvədir. Biz və qanunvericiliyimiz hər zaman xarici sərmayələrə açıq olub. O cümlədən 30 il əvvəl imzalanmış pay bölgüsü sazişlərinə gəldikdə, heç bir söz belə dəyişməyib.

Bilirəm ki, belə hal dünyanın hər yerində olmur. Bəzən siz danışıqlar aparmaq, müəyyən güzəştlərə getmək və sonra isə şərtlərə yenidən baxmaq istəyirsiniz. Burada heç zaman elə hal olmayıb, çünki biz tam əminik ki, xüsusi olaraq, dediyim kimi, 1990-cı illərin əvvəlində yoxsul vəziyyətdə olmuş ölkəyə etimad qurulmalı idi. Siz etimadı illər boyu qurmalısınız və yalnız bir səhv addım həmin etimadı poza bilər. Bir sözlə, biz həmin səhv addımı atmamışıq. Əksinə, bu gün, bizimlə işləyən şirkətlərin sayı artır. Beynəlxalq əlaqələrimizin coğrafiyası da genişlənir. Bir çox ölkələrlə imzalanmış strateji tərəfdaşlıq sənədləri, sazişlər və bəyannamələr var. Ölkələrdən bəziləri bir-biri ilə yaxşı münasibətdə deyil. Lakin mən hər zaman demişəm ki, Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq.

Hər kəs üçün kifayət qədər imkan olacaq və əlbəttə, ölkənin inkişaf gündəliyi göstərir ki, biz düz yoldayıq. Bu gün dediyim kimi, Birləşmiş Ştatlarla münasibətlər yeni, tamamilə əla dövrə qədəm qoyur. Biz çox həvəsliyik və şirkətlərimiz arasında birbaşa əlaqələri qurmaq üçün həmin böyük fürsətdən istifadə etmək istəyirik.

Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır. Onlardan 10-u Avropa İttifaqının üzvü, 11-i isə eyni zamanda NATO-nun üzvüdür. Həmin ölkələr üçün hazırda Azərbaycan heç zaman görünmədiyi qədər daha mühüm tərəfdaşa çevrilir. Biz bütün öhdəliklərimizi yerinə yetiririk və siyasi gündəliyi heç zaman biznes ilə qarışdırmırıq və bu, bizim üçün qlobal enerji bazarında beynəlxalq fəaliyyətimizi genişləndirmək üçün yaxşı fürsətdir. Artıq müzakirə etdiyimiz daşımalar layihələri region üçün böyük imkanlar yaradır. Çünki biz 30 il ərzində Ermənistanın təcavüzünə və işğalına məruz qalma faktına baxmayaraq, Azərbaycan məhz ərazilərinin azad olunması, güc və siyasət vasitəsilə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdikdən sonra birinci addım atdı və 2025-ci il avqustun 8-də Prezident Trampın köməyi ilə sülh quruldu.

Hazırda biz Ermənistana bütün tranzit yüklərə məhdudiyyətləri aradan qaldırmışıq. Çünki Ermənistanın etibarlı daşımalar, əlaqə marşrutları yoxdur və beləliklə, Azərbaycan tranziti onlar üçün çox əhəmiyyətlidir. Biz əməkdaşlığın ilk elementlərini qurmaq üçün Ermənistana neft məhsullarını təchiz etməyə başladıq.

İqtisadi vəziyyətimizə gəldikdə, o sabitdir. Xarici borc həcmi çox aşağıdır, ÜDM-in 6,1 faizini təşkil edir. Bu, ola bilsin, dünyada ən aşağı göstəricilərdən biridir. Biz, həmçinin maliyyə ehtiyatlarını yığırıq və hər il onları artırırıq ki, iqtisadiyyat sabit qalsın. S&P kimi aparıcı reytinq təşkilatları kredit reytinqimizi sərmayə və müsbət səviyyəsinə qaldırıb. Bu isə islahatların təzahürüdür. Biz demoqrafik baxımdan müsbət dinamikanı müşahidə edirik. Əhali artır, ola bilsin 10 il əvvəl olduğu kimi deyil. Lakin biz eyni mənzərəni regionun digər ölkələrində də görürük. Bununla belə, demoqrafik vəziyyət müsbətdir. Yoxsulluq səviyyəsi təxminən 5 faizdir. Düşünürəm ki, bu da yaxşı nəticədir. Görünür ki, iqtisadi inkişaf və sosial müdafiə Azərbaycanda yan-yana gedir və bütün bunlar siyasi sabitliyi, proqnozlaşdırmanı, iqtisadi sabitliyi və imkanları əsaslandırır. Bir sözlə, bu gün biz əsas diqqəti qlobal tendensiyalarla ayaqlaşmaq, xüsusən də rəqəmsal transformasiyada olmaq, süni zəka, məlumat mərkəzləri sahələrində irəliyə doğru addım atmağa yönəldirik.

Bir çox işlər artıq görülüb. Bəlkə də bu görünmür və ya hələ ki, görünməli deyil, lakin çox hazırlıq işləri görülüb və ən böyük gözlədiyimiz nəticə Amerika şirkətləri ilə strateji tərəfdaş kimi işləməkdir, çünki onlar bu sahədə liderdir. Yeri gəlmişkən, Prezident Trampla imzaladığımız sənəddə və imzalanmasını planlaşdırdığımız Strateji Tərəfdaşlıq Xartiyasında süni intellekt və ona aid bütün məsələlər barədə xüsusi müddəa var. Əlbəttə, biz görülmüş və planlaşdırdığımız işlər barədə çox danışa bilərik. Lakin düşünürəm ki, siz və xüsusən də ilk dəfə səfər edənlər hər şeyi öz gözünüzlə görsəniz daha yaxşı olar.

Əlbəttə, hökumət rəsmiləri ilə, işgüzar dairələrlə görüşmək, ölkəni hiss etmək imkanınız olacaq. Nəhayət mehmanxana işi ilə bağlı son söz söyləyim. Çox şadıq ki, “Marriott” Azərbaycanda nəinki paytaxtda, o cümlədən regionlarda öz fəaliyyətini genişləndirəcək. Ümid edirəm ki, regionlarda fəaliyyətiniz artacaq. Birləşmiş Ştatların digər mehmanxana şəbəkəsi və digər tərəflər də ölkədə var. Potensial hələ də böyükdür, çünki Azərbaycana səfər edən xarici vətəndaşların sayı ildən-ilə artır. Yalnız bir dövr var idi. COVID və ondan sonrakı dövrdə tənəzzül yaşandı. İndi isə həmin sahə bərpa olunub. Mehmanxanalarda tutum, həmçinin müvafiq səviyyədədir. Azərbaycanın dövri əsaslarla ev sahibliyi etdiyi böyük beynəlxalq tədbirlər, həmçinin əlavə turistlər cəlb edir. Bir sözlə, tövsiyəm odur ki, Bakıda və rayonlarda imkanları araşdırmaq lazımdır. Siz xizək mərkəzini qeyd etdiniz. Oranı inkişaf etdirmək üçün böyük planlar var. Bu gün o, idman üçün artıq geniş və çox rahat məkana çevrilib. Yeri gəlmişkən, biz martda orada ilk beynəlxalq tədbiri təşkil edəcəyik. Beləliklə, mehmanxana biznesinin Azərbaycanda böyük potensialı var. Ümid edirəm, Amerikanın mehmanxana sənayesinin bir çox digər şəbəkələri, filialları Azərbaycana gələcək və görəcək ki, bu, biznes və sərmayə üçün yaxşı məkandır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv meyvə bağları ilə tanış olublar

Sərgi iştirakçısı: Yeni bazarlara çıxış, əlaqələrin yaranması və alıcıların artmasını gözləyirik

Nazir müavini: Sosial xidmətlər sisteminin inkişafı istiqamətində mühüm addımlar atılıb

Xocalıda “Qoç Ət”in heyvandarlıq kompleksi ilə tanışlıq olub

Milli Məclisdə innovasiya və maliyyə alətlərinə dair 5 qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb

Avropa Parlamenti Gürcüstanla bağlı hesabat qəbul edib

Almaniya ilə Polşa arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair saziş imzalanıb

“Şəfa” futbolçusu ilə müqavilə müddətini uzadıb

Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb

Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib

Şahzadə Harri və Meqan Markl Böyük Britaniyaya səfər edəcəklər

Livan Prezidenti: İsraillə danışıqlar xətti müstəqildir

Milli ruhun tərcümanı: 95 yaşlı Xalq Çalğı Alətləri Orkestrindən musiqi ziyafəti

Yousef Aldobeay: Azərbaycanın ev sahibliyi edəcəyi 16-cı İslam Sammiti mühüm hadisələrdən biri olacaq

ABŞ konqresmeni Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

® Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib

Siyasi şərhçi: Azərbaycan qlobal təhlükəsizliyə töhfə verən əsas aktorlardan biridir

Avropa Parlamenti geni modifikasiya olunmuş bəzi bitkilər üçün tələbləri yumşaldır

Media: Son müharibə dövründə İran aviasiya donanmasının bir hissəsini xarici ölkələrə köçürüb

Azərbaycan-Türkiyə əməkdaşlığı regional sabitlik və qlobal tərəfdaşlığın gücləndirilməsində strateji nümunədir - ŞƏRH

AHİK tədbirində əmək hüquqları və insan haqlarının müdafiəsi diqqət mərkəzində olub

Norveçdə vəhşi qızılbalıq populyasiyaları təhlükə altında qalır

Orxan Məmmədov: “Made in Azerbaijan” brendi beynəlxalq bazarda özünə yer tapıb

Azərbaycan ilə UNESCO Baş Konfransı arasında əməkdaşlıq məsələləri müzakirə edilib

YAP ilə Kamboca Xalq Partiyası arasında əməkdaşlıq genişləndirilir

Qazaxıstanda antiterror təlimləri keçiriləcək

Azərbaycan və OPEC Beynəlxalq İnkişaf Fondu iqtisadi tərəfdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirir

“Azərbaycan Dəmir Yolları” ilə Asiya İnfrastruktur İnvestisiya Bankı logistika sahəsində əməkdaşlığı genişləndirir

Məhkumun həbs olunmamışdan əvvəl gizlətdiyi silah-sursat aşkar edilib – BİRGƏ MƏLUMAT

Ukraynanın Dnepropetrovsk vilayətinin daha 23 yaşayış məntəqəsində məcburi təxliyə elan edilib

AZAL: İyun ayının ilk yarısında Naxçıvana 47 mindən çox sərnişin daşınıb

Azərbaycan səhiyyəsi sosial dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi inkişaf edir – RƏY

Aİ Ebola ilə mübarizəyə 493 milyon avro ayıracaq

Mirnuh İsmayılov: Azərbaycan ərazisinin 60-65 faizi müxtəlif səviyyələrdə səhralaşma dərəcəsinə məruz qalıb

Nazir müavini: Biznesdə yeni texnologiyaların tətbiqi vacib məsələlərdən biridir

Gənclər Kitabxanasının direktoru: Səməd Vurğun irsinin süni intellektlə təqdimatı planlaşdırılır

Yeni Dövlət Proqramı aqrar sektorda məhsuldarlıq, ixrac və ərzaq təhlükəsizliyi üzrə yeni mərhələnin əsasını qoyur - ŞƏRH

BDU-nun iki jurnalı “Web of Science Core Collection” bazasında ilk onluqda yer alıb

Zelenski: Fransada keçirilən G7 sammitinin Ukrayna üçün mühüm nəticələri olub

Aslan Cəfərov: Gənclər Kitabxanasında Səməd Vurğunun söz xəzinəsi yenidən canlanır

Norveçin vəliəhd şahzadəsinə uğurlu ağciyər transplantasiyası edilib

“Psixiatriya yardımı haqqında” Qanuna dəyişikliklər parlamentin iclasına tövsiyə olunub

Azərbaycan Milli Məclisi ilə ABŞ Konqresi arasında münasibətlər inkişaf etdirilir

Cari ilin ilk 5 ayı ərzində Energetika Nazirliyi tərəfindən 108 icazə verilib

“Su pəhrizi” ilə çəkini azaltmaq nə qədər sağlamdır?

Portuqaliya yığmasının səfiri: Qurban Qurbanov qələbə qazanmağı sevən mütəxəssisdir

DİN: 51 kiloqram narkotik vasitə və 2000 psixotrop həb dövriyyədən çıxarılıb VİDEO

DİN: 51 kiloqram narkotik vasitə və 2000 psixotrop həb dövriyyədən çıxarılıb VİDEO

Omanın Sultanı Heytəm bin Tariq Al Səiddən

® “Expressbank”ın İnternet Bankçılıq platformasında – YENİLİKLƏR

Azərbaycan və Özbəkistan arasında işgüzar əməkdaşlığa dəstək artır

Misirli nazir: İƏT-ə üzv ölkələrin infrastruktur ehtiyacları üçün maliyyə çatışmazlığı illik 290 milyard dollara çatır

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları “Dəmirli” Filiz Emalı Kompleksində görülən işlərlə tanış olublar

"Xocalı harayı" kitabının təqdimatı olub VİDEO

"Xocalı harayı" kitabının təqdimatı olub VİDEO

Materiallar Müqaviməti üzrə Respublika Olimpiadasının qalibləri mükafatlandırılıb

Nazir müavini: Azərbaycan İƏT-ə üzv 51 ölkəyə inkişaf dəstəyi göstərib

Anja Nitzsche: Süni intellektə yönəlmiş dayanıqlı maliyyələşdirmə mexanizmləri və investisiyalar gücləndirilməlidir

İİB rəsmisi: AIDA–İİB tərəfdaşlığı təşəbbüslərin real nəticələrə çevrilməsinə şərait yaradır

Konfrans Liqası: “Neftçi” və “Zirə”nin II təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib

AzMİU alimlərinin ixtirası aşağımərtəbəli binaların etibarlılığını artıracaq

Fərid Osmanov: Startaplar üçün konvertasiya edilən borc mexanizmi tətbiq ediləcək

Moldova iki beynəlxalq dənizçilik konvensiyasına qoşulacaq

Cevdet Yılmaz: Türkiyənin qarşısında Zəngəzur dəhlizi də daxil olmaqla yeni imkanlar açılır

Dövlət qulluğuna qəbul üzrə növbəti test imtahanı iyulun 5-də təşkil olunacaq

Adil Kərimli UNESCO İcraiyyə Şurasının sədri ilə görüşüb

Azərbaycanda startap investisiyaları üçün yeni hüquqi baza formalaşdırılır

İlmələrdə yaşayan ömür: Lətif Kərimov və milli irsimiz

May ayında qlobal temperatur XX əsrin orta göstəricisini bir dərəcədən çox keçib

Əyyub Quliyev: Azərbaycan musiqiçilərinin çıxışı beynəlxalq festivalda yüksək qiymətləndirilib

Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ilk günü yekunlaşıb

Seyid Əzim Şirvaninin maarifçilik ideyaları bu gün də aktualdır

® “TuranBank” ICD ilə 15 milyon dollar həcmində niyyət bəyannaməsi imzalayıb

Şoyqu: Rusiya və Türkiyə daim qarşılıqlı məqbul həllər tapıb

Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi və Türk dünyasının inteqrasiyası regional rifah üçün geniş perspektivlər açır ŞƏRH

700-cü sahibkar “ABAD”çı adını qazanıb

Bir çox NATO ölkəsi müdafiə investisiyalarını 20 faiz artırıb

Bakıda “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi” açılıb

Estoniyada prezident seçkiləri: fövqəladə iclasın vaxtı açıqlanıb

Türk ekspert: Şuşa Bəyannaməsi Türk dünyasında həmrəyliyin və inteqrasiyanın bələdçisidir

Fərid Osmanov: Qiymətli kağızların emissiyası prosedurlarının sadələşdirilməsi təklif olunur

Tramp: İran razılaşmanı pozsa, hərbi əməliyyatlar yenidən başlaya bilər

Uorvik Universitetinin azərbaycanlı tələbəsi: Kibertəhlükəsizlik artıq strateji prioritetdir - MÜSAHİBƏ

Mütəxəssis: Səhralaşmanın toxunmadığı materik və qitə yoxdur

Azərbaycan ilk dəfə Formula 1-in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub

Azərbaycan Respublikasının səhiyyə işçilərinin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

"Qarabağ" Kevin Medina ilə yolları ayırdığını açıqlayıb

Nazir müavini: Azərbaycan dövlət-özəl tərəfdaşlığı üçün institusional bazanı gücləndirir

Səməd Bəşirli: 2020–2025-ci illər ərzində Azərbaycanda ümumi ticarət dövriyyəsi iki dəfədən çox artıb

Suriya ABŞ şirkətləri ilə qaz yataqlarının işlənməsi sahəsində müqavilə imzalayıb

Nazir müavini: Startapların maliyyələşməsi üçün yeni hüquqi alətlər qanunvericiliyə daxil edilir VİDEO

Nazir müavini: Startapların maliyyələşməsi üçün yeni hüquqi alətlər qanunvericiliyə daxil edilir VİDEO

Lyublyanada “Onların Mehdisi, bizim Mixaylo” sənədli filminin təqdimatı olub

UNEC tələbələrinin 96 faizi Aptis imtahanında uğur qazanıb

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Ağdərə şəhərinin Baş planı ilə tanış olublar

Bu ilin ilk 5 ayı ərzində Energetika Nazirliyinə 5600-ə yaxın vətəndaş müraciəti daxil olub

Bolqarıstan çimərlik sularının keyfiyyətinə görə Aİ-də üçüncü olub

Konstitusiya Məhkəməsi ilə İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası arasında əməkdaşlıq genişləndirilir

Azərbaycan Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilatın Şurasının 4-cü sessiyasında təmsil olunub

Portuqaliya millisinin sabiq futbolçusu: Azərbaycanın yaxşı komandaları var

“Wired”: ABŞ İrana zərbələr zamanı süni intellekt sistemindən geniş istifadə edib

Azərbaycan “Mobile Connectivity Index” hesabatında 2 pillə irəliləyib