Səudiyyə Ərəbistanı Dünya Müdafiə Sərgisində “ağıllı” dəbilqəni təqdim edib
Bakı, 9 fevral, AZƏRTAC
Səudiyyə Ərəbistanının Mülki Müdafiə üzrə Baş İdarəsi Dünya Müdafiə Sərgisi çərçivəsində yeni “ağıllı” dəbilqəni nümayiş etdirib.
AZƏRTAC Səudiyyə Ərəbistanının SPA informasiya agentliyinə istinadla xəbər verir ki, dəbilqə gündüz və gecə kameraları, eləcə də çətin əlçatan ərazilərdə təhlükəli maddələri aşkarlayan xüsusi sensorlarla təchiz olunub.
Qurğu mobil komanda mərkəzi kimi fəaliyyət göstərir və canlı görüntüləri birbaşa idarəetmə və nəzarət mərkəzlərinə ötürür. Bu isə real vaxt rejimində qərarların daha sürətli qəbuluna, hadisələrə operativ müdaxiləyə və yüksək riskli şəraitdə şəxsi heyətin təhlükəsizliyinin artırılmasına imkan yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [18:28]
Avropada qaz anbarlarının doluluq nisbəti 68 faizi ötüb
- 14.09.2026 [17:07]
Yunanıstanda Qərbi Nil virusuna yoluxaraq ölənlərin sayı 30-a çatıb
- 14.09.2026 [17:00]
İtaliya 2035-ci ilədək nüvə enerjisi istehsalını bərpa edə bilər
- 14.09.2026 [16:41]
Kral III Çarlz süni intellekt şirkətlərinin rəhbərləri ilə görüşəcək
- 14.09.2026 [16:17]