Kral III Çarlz süni intellekt şirkətlərinin rəhbərləri ilə görüşəcək
London, 14 sentyabr, AZƏRTAC
Böyük Britaniya Kralı III Çarlz bu həftə dünyanın aparıcı süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edəcək.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, görüşdə sürətlə inkişaf edən süni intellekt texnologiyalarının idarə olunması üçün ortaq prinsiplərin müəyyənləşdirilməsinə ehtiyac olub-olmadığı müzakirə ediləcək.
Görüşdə “Nvidia”, “Google DeepMind”, “OpenAI” və “Anthropic” şirkətlərinin rəhbərləri, həmçinin Böyük Britaniyanın süni intellekt üzrə naziri iştirak edəcəklər. Tərəflər süni intellektdən cəmiyyətin rifahı naminə istifadə edilməsi və texnologiyanın inkişafında insan ləyaqətinin qorunması məsələləri barədə müzakirələr aparacaqlar.
Süni intellektin mümkün riskləri ilə bağlı müzakirələr “Anthropic” şirkətinin iki tədqiqatçısının sürətlə inkişaf edən texnologiyanın yaxın gələcəkdə bəşəriyyət üçün ciddi təhlükə yarada, hətta insan nəslinin məhvinə səbəb ola biləcəyi barədə xəbərdarlığından sonra yenidən aktuallaşıb.
“Anthropic” şirkətinin baş icraçı direktoru Dario Amodei şənbə günü bildirib ki, şirkətlər süni intellekt modellərinin inkişaf tempini azaltmalıdırlar. San-Fransiskoda yerləşən şirkət ötən həftə yaydığı təhdidlərə dair hesabatda müxtəlif şəxslər və qruplar tərəfindən “Claude” süni intellekt modellərindən silahların hazırlanması, kib əməliyyatları, müşahidə və dələduzluq kimi fəaliyyətlərdə istifadə edildiyini açıqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [17:07]
Yunanıstanda Qərbi Nil virusuna yoluxaraq ölənlərin sayı 30-a çatıb
- 14.09.2026 [17:00]
İtaliya 2035-ci ilədək nüvə enerjisi istehsalını bərpa edə bilər
- 14.09.2026 [16:17]
Albaniyada jurnalistlər məhkəmənin yeni qaydalarına etiraz edir
- 14.09.2026 [16:02]
Almaniyada benzinin qiyməti 4 illik maksimumu yeniləyib
- 14.09.2026 [15:48]
Astanada “AAIFF 2026” festivalı: 125 ölkədən 8 mindən çox iştirakçı qatılıb
- 14.09.2026 [15:12]
Pakistanda keçirilən əməliyyat zamanı 4 terrorçu məhv edilib
- 14.09.2026 [14:01]