Almaniyada benzinin qiyməti 4 illik maksimumu yeniləyib
Berlin, 14 sentyabr, AZƏRTAC
Almaniyada avtomobil yanacağının qiyməti yeni rekord həddə yüksəlib.
AZƏRTAC xəbər verir ki, Alman Avtomobil Klubunun (ADAC) məlumatına əsasən, ölkədə “Super E10” markalı benzinin bir litrinin qiyməti ötən gün orta hesabla 2,273 avro təşkil edib. Bununla da 2022-ci ilin martında qeydə alınmış əvvəlki rekord yenilənib.
Dizelin qiyməti də yüksək olaraq qalır. Bazar günü dizelin bir litri orta hesabla 2,404 avro olub. Bu göstərici apreldə qeydə alınmış tarixi maksimuma yaxınlaşıb.
Körfəz bölgəsində vəziyyətin gərgin olaraq qalması və husilərin Səudiyyə Ərəbistanındakı mühüm neft kəmərinə hücumları yanacağın qiymətlərinin yüksək səviyyədə qalacağını göstərir. “Brent” markalı neftin bir barelinin qiyməti 107 dolları ötüb.
Bəzi ekspertlər vəziyyətin bu cür davam edəcəyi təqdirdə yanacağın qiymətinin 3 avroyadək bahalaşa biləcəyini qeyd edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [17:00]
İtaliya 2035-ci ilədək nüvə enerjisi istehsalını bərpa edə bilər
- 14.09.2026 [16:41]
Kral III Çarlz süni intellekt şirkətlərinin rəhbərləri ilə görüşəcək
- 14.09.2026 [16:17]
Albaniyada jurnalistlər məhkəmənin yeni qaydalarına etiraz edir
- 14.09.2026 [15:48]
Astanada “AAIFF 2026” festivalı: 125 ölkədən 8 mindən çox iştirakçı qatılıb
- 14.09.2026 [15:12]
Pakistanda keçirilən əməliyyat zamanı 4 terrorçu məhv edilib
- 14.09.2026 [14:01]
Britaniyada partiya rekord məbləğdə ianə alıb
- 14.09.2026 [13:55]