Gürcüstanda yaşayan azərbaycanlı qadınlar arasında həmrəylik güclənir
Tbilisi, 14 sentyabr. AZƏRTAC
Gürcüstanın Laqodexi bələdiyyəsinin azərbaycanlılar yaşayan Qabal kəndində qadınların ictimai fəallığının artırılması və həmrəyliyinin gücləndirilməsi məqsədilə "Qadınlar Cəmiyyəti" təsis edilib.
AZƏRTAC xəbər verir ki, təşkilati məsələlərlə bağlı keçirilən seçim nəticəsində Qabal, Qaracalar, Gəncəli və Uzuntala kəndlərini təmsil edən 13 nəfərlik heyət formalaşdırılıb. Qabal mahalı üzrə "Qadınlar Cəmiyyəti"nin rəhbəri Tamilə Vəliyeva seçilib.
Yeni yaradılan cəmiyyətin əsas məqsədi qadınları bir araya gətirmək, onların ictimai fəallığını artırmaq, bilik və təcrübə mübadiləsini gücləndirməkdir.
Bundan əlavə, ehtiyacı olan ailələrə dəstək göstərmək, qadınların və gənclərin maarifləndirilməsinə töhfə vermək, eləcə də yerli icmanın inkişafında qadınların rolunu yüksəltmək təşkilatın prioritetləri sırasındadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [14:11]
“Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsi təşkil olunub
- 14.09.2026 [14:03]
Gömrük nəzarətindən gizlədilən dərman vasitələri və siqaretlər aşkarlanıb
- 14.09.2026 [12:13]
Gəncədə çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
- 14.09.2026 [12:06]
Məktəbli üçün sağlam qida seçimi necə olmalıdır?
- 14.09.2026 [12:03]
Pakistan mətbuatı Bakı İqlim Fəaliyyəti Həftəsindən yazıb
Bəzi yerlərdə duman olacaq
- [12:25]
Bu saata olan əsas xəbərlər
- [12:00]
DTX-nin rəisi Çinə səfər edib
- [11:00]