Çempionlar Liqası: "Araz-Naxçıvan"ın oyunlarının keçiriləcəyi məkan dəqiqləşib
Bakı, 14 sentyabr, AZƏRTAC
Futzal üzrə UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək “Araz-Naxçıvan”ın yer aldığı 5-ci qrupun oyunlarının keçiriləcəyi məkan dəqiqləşib.
Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, oktyabrın 27-dən 30-dək təşkil olunacaq matçlar Polşanın Qlivitse şəhərindəki “PreZero Arena”da baş tutacaq.
Məlumat üçün qeyd edək ki, 13 min 752 azarkeş tutumuna malik arena 2018-ci ildə istifadəyə verilib. İlk adı “Podium Hol” olan məkan daha sonra “Qlivitse Arena” kimi adlandırılıb.
2023-cü ildə sponsorla imzalanan anlaşmaya əsasən isə məkanın adı “PreZero Arena” olaraq dəyişdirilib. Arenanın inşası 98 milyon avroya başa gəlib.
“Araz-Naxçıvan” 5-ci qrupda “Pyast” (Polşa), “Buba Mara” (Bosniya və Herseqovina) və “Uypeşt” (Macarıstan) komandaları ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [14:25]
“Naxçıvan” klubu gənc basketbolçu ilə müqavilə imzalayıb
- 14.09.2026 [14:14]
“Sabah” Avropa Kubokunun qalibi olmuş basketbolçunu transfer edib
- 14.09.2026 [13:38]
Almaniyada yaşayan azərbaycanlı cüdoçu şəhər çempionu olub
- 14.09.2026 [12:49]
Çexiya millisinin keçmiş qapıçısı 64 yaşında vəfat edib
- 14.09.2026 [12:41]
Amasiya kəndləri arasında II minifutbol çempionatına start verilib
Bəzi yerlərdə duman olacaq
- [12:25]
Bu saata olan əsas xəbərlər
- [12:00]
DTX-nin rəisi Çinə səfər edib
- [11:00]