Britaniyada deputatlar süni intellektin yaratdığı risklərə qarşı yeni qanun tələb edirlər
London, 14 sentyabr, AZƏRTAC
Böyük Britaniyada müxtəlif siyasi partiyaları təmsil edən deputat və Lordlar süni intellektin insan hüquqları üçün yaratdığı risklərin mövcud qanunvericiliklə kifayət qədər tənzimlənmədiyini bildiriblər.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Parlamentin İnsan Hüquqları üzrə Birgə Komitəsi (JCHR) bu sahədə risklərin miqyasını və ciddiliyini nəzərə alaraq süni intellektlə bağlı ayrıca qanun layihəsinin hazırlanmasını təklif edib.
Komitənin sədri, Leyboristlər Partiyasından deputat Aleks Sobel bildirib ki, hazırda nə Böyük Britaniyada, nə də dünyanın başqa bir ölkəsində süni intellektin sürətli inkişafına tam uyğun olan qanunvericilik və tənzimləmə sistemi mövcuddur. Komitənin 100 səhifəlik hesabatında süni intellektin bir sıra hallarda insan hüquqlarının pozulmasına səbəb olduğu qeyd edilir. Nümunə kimi qadın və qızların seksual xarakterli saxta görüntülərinin yaradılması, eləcə də insanların razılığı olmadan üzlərinin skan edilməsi göstərilir. Komitə, həmçinin qanunla təsbit olunmuş vahid və müstəqil süni intellektə nəzarət orqanının yaradılmasını təklif edib. Komitə mövcud hüquqi çərçivənin parçalanmış və mürəkkəb olduğunu, bunun isə müdafiə mexanizmlərində boşluqlar yaratdığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [14:01]
Britaniyada partiya rekord məbləğdə ianə alıb
- 14.09.2026 [13:55]
Türkiyə alimləri: Ankaranın ərazisində vaxtilə okean olub
- 14.09.2026 [13:06]
Bukingem Sarayında təmir zamanı XIX əsrə aid əşyalar aşkarlanıb
- 14.09.2026 [12:46]
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəisi istefa verib
- 14.09.2026 [12:35]
İngiltərə məktəblərində qızardılmış yeməklər qadağan ediləcək
- 14.09.2026 [12:35]
SEPAH Hörmüz boğazında MQ-1 PUA-sını vurduğunu açıqlayıb
Bəzi yerlərdə duman olacaq
- [12:25]
Bu saata olan əsas xəbərlər
- [12:00]
DTX-nin rəisi Çinə səfər edib
- [11:00]