Süni intellekt Qazaxıstan hərbçilərinin qidalanmasına nəzarət etməyə kömək edəcək
Astana, 14 sentyabr, AZƏRTAC
Kokşetauda Qazaxıstan Milli Qvardiyasının hərbi qulluqçularının qidalanmasına nəzarət etmək üçün süni intellektdən istifadə olunur.
AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, yemək paylama xəttində quraşdırılmış xüsusi cihaz hərbi qulluqçunun nimçəsindəki yeməkləri tanıyır, onların miqdarını, kaloriliyini, həmçinin zülal, yağ və karbohidrat tərkibini müəyyənləşdirir.
Bu hərbi qulluqçulara yeməkdən sonra qidalanmanın keyfiyyətini qiymətləndirməyə imkan verəcək. Əldə olunan məlumatlar menyuya düzəlişlər edilərkən nəzərə alına bilər.
“E-Qamqorlyq” sistemi 5510 saylı hərbi hissədə sınaqdan keçirilir. Onun effektivliyi təsdiqlənəcəyi təqdirdə, təcrübənin Milli Qvardiyanın digər hərbi hissələrində də tətbiq edilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [13:06]
Bukingem Sarayında təmir zamanı XIX əsrə aid əşyalar aşkarlanıb
- 14.09.2026 [12:46]
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəisi istefa verib
- 14.09.2026 [12:35]
İngiltərə məktəblərində qızardılmış yeməklər qadağan ediləcək
- 14.09.2026 [12:35]
SEPAH Hörmüz boğazında MQ-1 PUA-sını vurduğunu açıqlayıb
- 14.09.2026 [12:31]
Qırğızıstanda işsizlik səviyyəsi 3 faizə enib
- 14.09.2026 [12:23]
Çində güclü yağışlar fəsadlar törədib: 31 mindən çox insan təxliyə edilib
Bəzi yerlərdə duman olacaq
- [12:25]
Bu saata olan əsas xəbərlər
- [12:00]
DTX-nin rəisi Çinə səfər edib
- [11:00]