Bakı Metropolitenində qatarlararası intervallar azaldılır
Bakı, 14 sentyabr, AZƏRTAC
“Bakı Metropoliteni” QSC-də texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində qatarlararası intervallar minimuma endirilir.
AZƏRTAC QSC-yə istinadla xəbər verir ki, Qırmızı xətt üzrə sentyabrın 15-dən etibarən “İçərişəhər–Əhmədli” mənzilində pik saatlarda 2 dəqiqəlik intervalla hərəkət edəcək. Yaşıl xətt üzrə zərurət yarandıqda interval 3 dəqiqə 30 saniyədən 3 dəqiqəyə qədər azaldılacaq. Bənövşəyi xətt üzrə payız-qış qrafikinə keçidlə “Avtovağzal-8 Noyabr” sahəsində 5 dəqiqə, “Xocəsən–Avtovağzal” sahəsində isə 10 dəqiqəlik interval tətbiq olunur.
Yeni tədris ilində bütün xətlər üzrə sərnişin axını nəzarətdə saxlanılacaq, ehtiyac olduqda əlavə tənzimləmələr aparılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [10:40]
Azərbaycan ilə Almaniya arasında biznes əməkdaşlığı genişlənir
- 14.09.2026 [10:33]
® “Mygov” platforması 2 yaşında 4 milyon istifadəçiyə çatıb
- 14.09.2026 [09:52]
Qızıl və gümüş ucuzlaşıb VİDEO
- 14.09.2026 [09:51]
Birjalarda neft bahalaşıb VİDEO
Bəzi yerlərdə duman olacaq
- [12:25]
Bu saata olan əsas xəbərlər
- [12:00]
DTX-nin rəisi Çinə səfər edib
- [11:00]