Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması yeni qaydada tənzimlənəcək
Bakı, 14 sentyabr, AZƏRTAC
Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması və işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sentyabrın 14-də keçirilən iclasında Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, küləyin gücü 6 baldan 8 baladək olduqda, quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol veriləcək. Küləyin gücü 8 baldan artıq olduqda qeyd edilən kranlarla görülən bütün növ işlər hər bir halda dayandırılacaq. Bu nəzərə alınmaqla, küləyin gücü 6 bal və daha artıq olduqda, quruda istismar olunan kranlarla görülən bütün növ işlər dayandırılacaq.
Layihəyə təklif edilən dəyişikliklər birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [12:13]
Gəncədə çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
- 14.09.2026 [12:06]
Məktəbli üçün sağlam qida seçimi necə olmalıdır?
- 14.09.2026 [12:03]
Pakistan mətbuatı Bakı İqlim Fəaliyyəti Həftəsindən yazıb
- 14.09.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 14.09.2026 [11:51]
Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
- 14.09.2026 [11:40]
DİN: Cinayət törətməkdə şübhəli bilinən 92 nəfər saxlanılıb
Bəzi yerlərdə duman olacaq
- [12:25]
Bu saata olan əsas xəbərlər
- [12:00]
DTX-nin rəisi Çinə səfər edib
- [11:00]