Çexiya millisinin keçmiş qapıçısı 64 yaşında vəfat edib
Bakı, 14 sentyabr, AZƏRTAC
İngiltərənin “Vest Hem” və “Kvins Park Reyncers” (KPR) klublarının sabiq qapıçısı Lyudek Mikloşko 64 yaşında vəfat edib.
AZƏRTAC London klubunun rəsmi saytına istinadən xəbər verir ki, keçmiş Çexoslovakiya və Çexiya milli komandalarının heyətində çıxış etmiş qolkiper uzun müddət xərçəng xəstəliyindən müalicə olunub.
O, 1990-cı ildə “Baník Ostrava” klubundan “Vest Hem”ə 300 min funt sterlinq qarşılığında transfer olunub. Lyudek Mikloşko ilk mövsümündə komandanın yüksək liqaya yüksəlməsinə kömək edib. “Vest Hem”in formasında ümumilikdə 373 oyuna çıxıb.
Qapıçı 1998-ci ildə “Vest Hem”dən ayrılaraq KPR klubuna keçib. O, əvvəlcə bu komandada icarə əsasında çıxış edib.
2001-ci ildə futbolçu karyerasını başa vurduqdan sonra “Vest Hem”ə qayıdaraq 2010-cu ilədək klubda qapıçılar üzrə məşqçi kimi çalışıb. Daha sonra idman agentliyində fəaliyyət göstərən mütəxəssis Çexiyanın “Banik Ostrava” klubunda İdarə Heyətinin üzvü və idman direktoru vəzifələrində işləyib.
Qolkiper 1982-ci ildən başlayan milli karyerası ərzində Çexoslovakiyanın heyətində 40, Çexiya yığmasında isə 2 oyun keçirib.
Qeyd edək ki, Lyudek Mikloşko 2024-cü ildə xərçəng xəstəliyinə görə müalicəni dayandırmaq qərarına gəldiyini açıqlamışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [13:38]
Almaniyada yaşayan azərbaycanlı cüdoçu şəhər çempionu olub
- 14.09.2026 [12:41]
Amasiya kəndləri arasında II minifutbol çempionatına start verilib
- 14.09.2026 [11:48]
Azərbaycan komandası Maltada estafet yarışının qalibi olub
- 14.09.2026 [11:29]
“İmişli” klubunun futbolçusu “Şəfa”ya keçib
- 14.09.2026 [10:48]
Azərbaycan Premyer Liqasında V tura bir oyunla yekun vurulur
- 14.09.2026 [10:28]
Almaniyalı tennisçi Aleksandr Zverev “US Open” turnirinin qalibi olub
Bəzi yerlərdə duman olacaq
- [12:25]
Bu saata olan əsas xəbərlər
- [12:00]
DTX-nin rəisi Çinə səfər edib
- [11:00]