Qırğızıstanda işsizlik səviyyəsi 3 faizə enib
Bakı, 14 sentyabr, AZƏRTAC
Qırğızıstanda işsizlik səviyyəsi hazırda 3 faizə yaxındır.
AZƏRTAC Kabar informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və ticarət nazirinin birinci müavini Çoro Seyitov komitə iclasında məlumat verib.
İclasda çıxış edən millət vəkili Ümbetali Kıdırəliyev beş il əvvəl bu göstəricinin 5,5 faiz olduğunu xatırladaraq, azalmanı ölkədə yeni iş yerlərinin və müəssisələrin açılması ilə əlaqələndirib. Deputat, həmçinin iqtisadi artım sayəsində orta aylıq əməkhaqqının da yüksələrək 45-49 min som təşkil etdiyini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [13:06]
Bukingem Sarayında təmir zamanı XIX əsrə aid əşyalar aşkarlanıb
- 14.09.2026 [12:46]
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəisi istefa verib
- 14.09.2026 [12:35]
İngiltərə məktəblərində qızardılmış yeməklər qadağan ediləcək
- 14.09.2026 [12:35]
SEPAH Hörmüz boğazında MQ-1 PUA-sını vurduğunu açıqlayıb
- 14.09.2026 [12:23]
Çində güclü yağışlar fəsadlar törədib: 31 mindən çox insan təxliyə edilib
Bəzi yerlərdə duman olacaq
- [12:25]
Bu saata olan əsas xəbərlər
- [12:00]
DTX-nin rəisi Çinə səfər edib
- [11:00]