“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyası
Bakı, 14 sentyabr, AZƏRTAC
“Qaya” Dövlət Ansamblının ifasında yeni konsert proqramı təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, proqram çərçivəsində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası əsasında hazırlanmış yeni işləmələr nümayiş etdiriləcək.
“Arşın mal alan” əsərinin yeni musiqi həllində musiqili komediyanın əsas solo və xor nömrələri çoxsəsli estrada-caz üslubunda təqdim olunur. Bu layihə “Qaya” Dövlət Ansamblının uzun müddətdir üzərində çalışdığı yaradıcılıq istiqamətlərindən biridir.
“Arşın mal alan” fantaziyasının müəllifləri Azərbaycanın Xalq artisti, əfsanəvi “Qaya” Kvartetinin solisti Rauf Babayev və “Qaya” Dövlət Ansamblının artisti, bəstəkar və aranjimançı Nazim Əhmədovdur.
Yeni işləmələrdə Üzeyir Hacıbəylinin ölməz əsərinin musiqi irsi müasir estrada-caz üslubunda təqdim ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [13:57]
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı”
- 14.09.2026 [13:25]
Soydaşlarımızın istəyi ilə Tbilisidə rəssamlıq dərnəyi fəaliyyətə başlayıb
- 14.09.2026 [12:43]
Şuşa Teatrı 153-cü mövsümünü "Ağıldankəm Jurden" tamaşası ilə açıb
- 14.09.2026 [11:59]
“Dayan, vurum faşist təyyarəsini”: Səməd Vurğunun qızının xatirələri
- 14.09.2026 [10:55]
Fransa səhnəsində Azərbaycan rəqsi, musiqisi və xalça sənəti VİDEO
- 14.09.2026 [09:07]
Milli rəqs sənətimizin Montrö festivalında təntənəsi
Bəzi yerlərdə duman olacaq
- [12:25]
Bu saata olan əsas xəbərlər
- [12:00]
DTX-nin rəisi Çinə səfər edib
- [11:00]