Gömrük nəzarətindən gizlədilən dərman vasitələri və siqaretlər aşkarlanıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində 3 fakt üzrə gömrük nəzarətindən gizlədilən dərman vasitələri və siqaretlər aşkar edilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Təbriz-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşlarının baqajlarına stasionar rentgen qurğusunda baxış keçirilib və şübhəli təsvirlər müşahidə olunub.
Yoxlama zamanı hər üç vətəndaşa məxsus baqajlardan gömrük nəzarətindən gizlədilən dərman vasitələri - 12 min 440 ədəd həb, 4066 ədəd kapsul, 162 ədəd və 41 qutu maye məhlul, 120 paket toz halında məhlul, 70 ədəd şam, 2 qutu iynə, 58 qutu və 613 ədəd maz, 1 qutu gel, həmçinin 4460 ədəd siqaret aşkar olunub.
Faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [14:11]
“Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsi təşkil olunub
- 14.09.2026 [13:46]
Gürcüstanda yaşayan azərbaycanlı qadınlar arasında həmrəylik güclənir
- 14.09.2026 [12:13]
Gəncədə çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
- 14.09.2026 [12:06]
Məktəbli üçün sağlam qida seçimi necə olmalıdır?
- 14.09.2026 [12:03]
Pakistan mətbuatı Bakı İqlim Fəaliyyəti Həftəsindən yazıb
Bəzi yerlərdə duman olacaq
- [12:25]
Bu saata olan əsas xəbərlər
- [12:00]
DTX-nin rəisi Çinə səfər edib
- [11:00]