SOCAR-ın “Azneft” İstehsalat Birliyinə 4 yeni yanğınsöndürən avtomobil verilib
Bakı, 14 sentyabr, AZƏRTAC
SOCAR ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) arasında əməkdaşlıq çərçivəsində 4 ədəd yeni yanğınsöndürən avtomobil alınıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, müasir tələblərə cavab verən yeni yanğınsöndürən avtomobillər SOCAR-ın “Azneft” İstehsalat Birliyinin Neft və qazçıxarma idarələrinə təhvil verilib. Yeni texnikaların istifadəyə verilməsi neft-qazçıxarma müəssisələrində yanğın təhlükəsizliyinin daha da gücləndirilməsinə, mümkün fövqəladə hallara operativ və effektiv müdaxilə imkanlarının artırılmasına, insanların həyat və sağlamlığının, eləcə də istehsalat obyektlərinin qorunmasına xidmət edir.
SOCAR və FHN arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər gələcəkdə də istehsalat obyektlərində yanğın təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına, texniki və maddi-texniki imkanların gücləndirilməsinə yönəldiləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [14:11]
Xırdalan-Bakı qatarlarının yolda olma müddəti 35 dəqiqəyə endirilir
- 14.09.2026 [12:39]
Bakı Metropolitenində qatarlararası intervallar azaldılır VİDEO
Bəzi yerlərdə duman olacaq
- [12:25]
Bu saata olan əsas xəbərlər
- [12:00]
DTX-nin rəisi Çinə səfər edib
- [11:00]