Almaniyada yaşayan azərbaycanlı cüdoçu şəhər çempionu olub
Bakı, 14 sentyabr, AZƏRTAC
Almaniyada yaşayan azərbaycanlı yeniyetmə cüdoçu Ömər Siracov növbəti uğura imza atıb.
AZƏRTAC-ın məlumatına görə, 10 yaşlı idmançı Merbuş şəhər birinciliyində bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Ömər Siracov təkcə Almaniyada keçirilən yarışlarda deyil, həmçinin Niderlandda müxtəlif illərdə təşkil olunan turnirlərdə də uğurla çıxış edərək medallar qazanıb.