Türkiyənin XİN rəhbəri Azərbaycana səfər edəcək
İstanbul, 14 sentyabr, AZƏRTAC
Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 15-də Azərbaycana səfər edəcək.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində keçiriləcək görüşlərdə Azərbaycanla Türkiyə arasında iqtisadi-ticarət əlaqələri, enerji və nəqliyyat layihələri, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, eləcə də regional və beynəlxalq məsələlərin müzakirəsi nəzərdə tutulur.
Təmaslarda, həmçinin Azərbaycanla Ermənistan arasında sülh prosesinin və regional bağlantıların gücləndirilməsi məsələlərinin müzakirə ediləcəyi gözlənilir.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul