“Neftçi” futbolçusu ilə yeni müqavilə imzalayıb
Bakı, 14 sentyabr, AZƏRTAC
“Neftçi” klubu futbolçusu Emil Səfərovla müqavilənin müddətini uzadıb.
Bakı təmsilçisindən AZƏRTAC-a verilən məlumata görə, 23 yaşlı yarımmüdafiəçi ilə yeni 2+1 illik müqavilə imzalanıb.
2024-cü ildən “ağ-qaralar”ın formasını geyinən Səfərov son 2 mövsümdə bu komanda ilə bütün turnirlərdə 50 oyuna 3 qol vurub 5 məhsuldar ötürmə edib.
“Neftçi”nin baş icraçı direktoru Cenk Sümer yeni müqaviləni bu cür dəyərləndirib: “23 yaşlı istedadlı futbolçumuz Emil Səfərov xarakteri, potensialı və göstərdiyi performansla həm klubumuza, həm də Azərbaycan millisinə mühüm töhfələr verə biləcək oyunçudur. O, eyni zamanda Azərbaycan futbol akademiyalarında yetişən gənc nəsil üçün örnək ola biləcək oyunçulardandır.
Birlikdə olduğumuz bu 2 il ərzində Emilin daim inkişaf etmək istəyinin, əzmkarlığının, formasına sədaqətinin, klubuna və vəfalı azarkeşlərimizə olan sevgisinin yaxından şahidi olduq. Gələcəkdə həm “Neftçi”yə, həm də Azərbaycan futboluna verəcəyi töhfələri nəzərə alaraq, onunla müqavilənin müddətini uzatmaq qərarına gəldik. Ona “Neftçi”də və Azərbaycan millisindəki karyerasında uğurlu, parlaq günlər arzulayırıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [15:58]
Boks üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- 14.09.2026 [14:25]
“Naxçıvan” klubu gənc basketbolçu ilə müqavilə imzalayıb
- 14.09.2026 [14:14]
“Sabah” Avropa Kubokunun qalibi olmuş basketbolçunu transfer edib
- 14.09.2026 [13:38]
Almaniyada yaşayan azərbaycanlı cüdoçu şəhər çempionu olub
- 14.09.2026 [12:49]