Gürcüstan və Ermənistan rəsmiləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
Tbilisi, 14 sentyabr, AZƏRTAC
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə rəsmi səfərdə olan Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan ilə iki ölkə arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlığın əhəmiyyəti və ikitərəfli münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər, həmçinin regionda baş verən prosesləri müzakirə ediblər.
İrakli Kobaxidze Gürcüstanın Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsini qətiyyətlə dəstəklədiyini bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [15:48]
Astanada “AAIFF 2026” festivalı: 125 ölkədən 8 mindən çox iştirakçı qatılıb
- 14.09.2026 [15:12]
Pakistanda keçirilən əməliyyat zamanı 4 terrorçu məhv edilib
- 14.09.2026 [14:01]
Britaniyada partiya rekord məbləğdə ianə alıb
- 14.09.2026 [13:55]
Türkiyə alimləri: Ankaranın ərazisində vaxtilə okean olub VİDEO
- 14.09.2026 [13:06]
Bukingem Sarayında təmir zamanı XIX əsrə aid əşyalar aşkarlanıb
- 14.09.2026 [12:46]