Boks üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Boks üzrə Azərbaycan millisinin Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığma komanda kişilərin mübarizəsində tam heyətlə çıxış edəcək. Baş məşqçi Ravşan Xocayev, məşqçilər Nəriman Abdullayev, Etibar Abdullayev və Mehman Quliyev çempionatda Sübhan Mamedov (50 kiloqram), Amin Məmmədzadə (55 kiloqram), Məhəmmədəli Aşırəliyev (60 kiloqram), Malik Həsənov (65 kiloqram), Nəbi İsgəndərov (70 kiloqram), Səidcəmşid Cəfərov (75 kiloqram), Murad Allahverdiyev (80 kiloqram), Seyid Seyidov (85 kiloqram), Rauf Rəhimov (90 kiloqram) və Məhəmməd Abdullayevə (+90 kiloqram) şans verəcəklər.
Qadınların yarışında məşqçi Rafiq İsmayılov Zeynəb Rəhimovanı (54 kiloqram) sınayacaq.
Qitə çempionatında hakim qiymətləndiricisi Anar Babanlı isə Azərbaycanın idman şərəfini qoruyacaq.
Qeyd edək ki, sentyabrın 17-dən 25-dək keçiriləcək yarışda 40 ölkədən 400-dən çox boksçunun qüvvəsini sınayacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [16:22]
“Neftçi” futbolçusu ilə yeni müqavilə imzalayıb
- 14.09.2026 [14:25]
“Naxçıvan” klubu gənc basketbolçu ilə müqavilə imzalayıb
- 14.09.2026 [14:14]
“Sabah” Avropa Kubokunun qalibi olmuş basketbolçunu transfer edib
- 14.09.2026 [13:38]
Almaniyada yaşayan azərbaycanlı cüdoçu şəhər çempionu olub
- 14.09.2026 [12:49]
Çexiya millisinin keçmiş qapıçısı 64 yaşında vəfat edib
- 14.09.2026 [12:41]