Pakistanda keçirilən əməliyyat zamanı 4 terrorçu məhv edilib
Bakı, 14 sentyabr, AZƏRTAC
Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində təhlükəsizlik qüvvələrinin keçirdiyi antiterror əməliyyatı nəticəsində dörd terrorçu məhv edilib.
AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik qurumlarındakı mənbələr məlumat yayıb. Bildirilib ki, əməliyyat Mastunq rayonunda həyata keçirilib.
Axtarış tədbirləri zamanı təhlükəsizlik qüvvələri ərazidə gizlənən və "Bəlucistan Azadlıq Ordusu" terror qruplaşması ilə əlaqəli olan silahlıların atəşinə məruz qalıblar. Cavab atəşi ilə terrorçuların hamısı zərərsizləşdirilib.
Toqquşma zamanı təhlükəsizlik qüvvələrinin şəxsi heyəti arasında xəsarət alan olmayıb. Bölmələr tərəfindən rayonda reydlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [15:48]
Astanada “AAIFF 2026” festivalı: 125 ölkədən 8 mindən çox iştirakçı qatılıb
- 14.09.2026 [14:01]
Britaniyada partiya rekord məbləğdə ianə alıb
- 14.09.2026 [13:55]
Türkiyə alimləri: Ankaranın ərazisində vaxtilə okean olub VİDEO
- 14.09.2026 [13:06]
Bukingem Sarayında təmir zamanı XIX əsrə aid əşyalar aşkarlanıb
- 14.09.2026 [12:46]