Astanada “AAIFF 2026” festivalı: 125 ölkədən 8 mindən çox iştirakçı qatılıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Qazaxıstanın paytaxtı Astanada dünyanın ən böyük süni intellekt film müsabiqəsi keçirilir.
AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, Astana Beynəlxalq Süni İntellekt Film Festivalına (AAIFF 2026) 125 ölkədən 8 min 67 iştirakçı qatılıb. Təqdim edilən filmlərin sayına görə ABŞ (1395 film) birinci, Qazaxıstan (829 film) isə ikinci yerdədir.
Bildirilib ki, ekran əsərlərinin yaradılmasında 80-dən çox generativ modeldən istifadə olunub.
Müsabiqənin ümumi mükafat fondu 1 milyon dollar, perspektivli komandaların dəstəklənməsi üçün yaradılan xüsusi investisiya fondu isə daha 1 milyon dollar təşkil edir.