Məktəblərdə “Rəqəmsal bacarıqlar” və STEAM layihələrinin əhatə dairəsi genişləndirilir
Bakı, 14 sentyabr, AZƏRTAC
“Rəqəmsal bacarıqlar” və STEAM layihələrinin əhatə dairəsi genişləndirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib. Nazir bildirib ki, “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiq olunduğu məktəblərin sayı 30 faiz artırılaraq 2025–2026-cı tədris ilindəki 771-dən 2026–2027-ci tədris ilində 1001-ə çatdırılıb. Layihə ilə əhatə olunan şagird sayı isə 528 mindən 630 mindən çoxa yüksəlib. Layihənin əsas məqsədi İKT bacarıqları, rəqəmsal səriştə və informasiya məkanında təhlükəsizlik bacarıqlarının artırılmasıdır.
Emin Əmrullayev qeyd edib ki, III–IX sinifləri əhatə edən STEAM əsaslı tədrisin tətbiq edildiyi məktəblərin sayında da 38 faiz artım dinamikası qeydə alınıb. STEAM layihəsi üzrə məktəblərin sayı 407-dən 563-ə, əhatə olunan şagirdlərin sayı isə 303 min 403-dən 312 min 197-yə çatdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [16:17]
Müəllimlər üçün geyim tələbləri ilə bağlı yeni qaydalar açıqlanacaq
- 14.09.2026 [16:16]
Bu il 500 gəncdən 155-i dünyanın TOP-10 universitetində təhsil alacaq
- 14.09.2026 [16:06]