AAYDA-nın sədri Hacıqabul və Şirvan sakinlərinin müraciətlərini dinləyəcək
Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirli sentyabrın 25-də Hacıqabul rayonu və Şirvan şəhərinin sakinləri ilə görüşəcək.
AAYDA-dan AZƏRTAC-a bildirilib ki, vətəndaşlar sentyabrın 14-dən 18-dək görüşə yazılmaq üçün agentliyə rəsmi müraciət edə bilərlər.
Müraciətlər [email protected] elektron poçt ünvanı və ya poçt vasitəsilə qəbul olunur. Həmçinin vətəndaşlar (012) 599-79-75 nömrəli Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.
Görüşün təşkili məqsədilə vətəndaşların müraciətləri əvvəlcədən qeydə alınacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [18:09]
“Azərişıq” rəqəmsal xidmətlərini “mygov” a inteqrasiya edir
- 14.09.2026 [17:31]
Sabahdan paytaxtda marşrut xətlərinə 2530 avtobus cəlb edilir
- 14.09.2026 [16:09]