“Şəhərsalma və Memarlıq İli”nə dəyərli töhfə: yeni biblioqrafiya hazırlanıb
Bakı,14 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) “Azərbaycanda memarlıq və şəhərsalma” adlı biblioqrafiya işıq üzü görüb.
MEK-dən AZƏRTAC-a bildirilib ki, biblioqrafiyaya ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı daxil edilib.
Elmi məsləhətçisi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, elmi redaktoru isə MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov olan bu nəşr “Şəhərsalma və Memarlıq İli” çərçivəsində hazırlanmış biblioqrafiyadır. Biblioqrafiyada ədəbiyyat xronoloji ardıcıllıqla və əlifba prinsipi əsasında təqdim edilib.
Biblioqrafiyadan memarlıq və şəhərsalma üzrə tədqiqat aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələr, eləcə də tarix, mədəni irs və memarlıqla maraqlanan oxucular faydalana bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [18:27]
İsrailin Kaye Akademik Təhsil Kollecinin nümayəndə heyəti BDU-da
- 14.09.2026 [18:24]
Yeni dərs ili: “Keçiddə məktəb”
- 14.09.2026 [18:09]
Folklorşünas-alimin yeni elmi-ədəbi toplusu çapdan çıxıb
- 14.09.2026 [17:23]
BMU-nun rektoru 600-dən yuxarı bal toplayan tələbələrlə görüşüb
- 14.09.2026 [17:12]