AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun layihəsi beynəlxalq elm müsabiqəsinin qalibi olub
Bakı, 14 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovativ İnkişaf Agentliyi tərəfindən keçirilmiş Azərbaycan–Özbəkistan birgə beynəlxalq elmi müsabiqəsinin nəticələri müəyyənləşib.
Qalib layihələr sırasında Azərbaycan Texniki Universitetinin (AzTU) Logistika və Nəqliyyat İnstitutunun iştirakı ilə hazırlanmış layihə də var.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, “Əlçatan mobillik – daha yaxşı şəbəkə planlaşdırılması ilə nəqliyyat sisteminin optimallaşdırılması (şəhər mobilliyinin öyrənilməsi üçün proqram təminatının hazırlanması)” adlı layihə Texniki Universitet və Özbəkistanın Cizak Politexnik Universiteti arasında elmi əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan və Özbəkistanın elmi-tədqiqat və ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, alimlər arasında elmi əlaqələrin gücləndirilməsi, eləcə də aktual elmi istiqamətlər üzrə birgə tədqiqatların dəstəklənməsidir.
Müsabiqə çərçivəsində Azərbaycan və Özbəkistan alimlərinin birgə iştirakı ilə təqdim edilmiş ümumilikdə 139 elmi layihə ekspertiza mərhələsindən keçirilib.
Elmi və texniki ekspertizanın yekunlarına, həmçinin hər iki tərəfin ekspert qiymətləndirmələrinin nəticələrinə əsasən 5 elmi layihə müsabiqənin qalibi elan olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [18:27]
İsrailin Kaye Akademik Təhsil Kollecinin nümayəndə heyəti BDU-da
- 14.09.2026 [18:24]
Yeni dərs ili: “Keçiddə məktəb”
- 14.09.2026 [18:16]
“Şəhərsalma və Memarlıq İli”nə dəyərli töhfə: yeni biblioqrafiya hazırlanıb
- 14.09.2026 [18:09]
Folklorşünas-alimin yeni elmi-ədəbi toplusu çapdan çıxıb
- 14.09.2026 [17:23]
BMU-nun rektoru 600-dən yuxarı bal toplayan tələbələrlə görüşüb
- 14.09.2026 [17:12]