Oman LNG ixracı üçün Hörmüz boğazına alternativ marşrutlar yaradılmasına çağırıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Oman Hörmüz boğazından istifadə etmədən mayeləşdirilmiş təbii qazın (LNG) daşınması üçün alternativ marşrutların yaradılmasına çağırış edib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Omanın energetika və minerallar naziri Səlim Əl-Aufi Körfəzdə aylardır davam edən münaqişənin maye qaz təchizatını pozması fonunda Hörmüz boğazından keçmədən LNG daşınması üçün alternativ marşrutların yaradılmasının zəruriliyini bildirib.
“Gəlin alternativ ixrac variantlarını müəyyən edək. Bu, şimaldan Oman və ya Yəməndən keçə bilər. Marşrutları şaxələndirək”, - deyə nazir qeyd edib.
Bundan başqa, Əbu-Dabi Milli Neft Şirkəti (Adnoc) Hörmüz boğazının xaricində yeni LNG ixrac müəssisəsi tikməyi nəzərdən keçirir. Digər tərəfdən, Omanın artıq ölkənin şərqində Hörmüz boğazına bağlı olmayan LNG ixrac müəssisəsi var.
Ekspertlərin fikrincə, regiondakı müharibə Körfəz ölkələrinin ixracatlarının böyük bir hissəsinin tək bir dəniz yolundan asılı olduğunu ortaya qoyub. Bu vəziyyət ölkələri ixrac axınlarını və iqtisadiyyatlarını qorumaq üçün alternativ həllər hazırlamağa məcbur edir.
Qeyd edək ki, Yaxın Şərqdəki münaqişədən əvvəl qlobal LNG tədarükünün təxminən beşdəbiri vacib tranzit nöqtəsi olan Hörmüz boğazından keçirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [18:28]
Avropada qaz anbarlarının doluluq nisbəti 68 faizi ötüb
- 14.09.2026 [17:07]
Yunanıstanda Qərbi Nil virusuna yoluxaraq ölənlərin sayı 30-a çatıb
- 14.09.2026 [17:00]
İtaliya 2035-ci ilədək nüvə enerjisi istehsalını bərpa edə bilər
- 14.09.2026 [16:41]
Kral III Çarlz süni intellekt şirkətlərinin rəhbərləri ilə görüşəcək
- 14.09.2026 [16:17]
Albaniyada jurnalistlər məhkəmənin yeni qaydalarına etiraz edir
- 14.09.2026 [16:02]