Naurızbay Taqanulı: Seyyid Yəhya Bakuvinin irsi cəmiyyətin saflaşması məktəbidir
Bakı, 14 sentyabr, AZƏRTAC
Seyyid Yəhya Şirvani Bakuvi Xəlvətilik sufi yolunun “Pir-i-sani”, yəni ikinci mənəvi rəhbəri kimi tanınır. Onun fəaliyyəti nəticəsində bu mənəvi məktəb sistemli xarakter alaraq Qafqazdan Anadoluyadək, daha sonra isə müsəlman dünyasının digər bölgələrinə yayılıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Qazaxıstan Müsəlmanları İdarəsinin sədri, müfti Naurızbay Taqanulı “İslam dünyasının mədəni irsində Seyyid Yəhya Bakuvi zirvəsi: mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda keçirilən I Beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Müfti qeyd edib ki, Seyyid Yəhya Bakuvinin mənəvi irsini məhz bu baxımdan qiymətləndirmək lazımdır. Onun dünyagörüşünün əsasını insan qəlbinin təmizlənməsi, nəfsin tərbiyəsi, bilik vasitəsilə kamilləşmə, Allahı tanımaq və insana yaxşılıq etmək kimi dəyərlər təşkil edir.
“Seyyid Yəhya Bakuvinin irsi insanın daxili aləminin saflaşdırılması, mənəvi məsuliyyətinin artırılması və cəmiyyətin sağlam dəyərlər əsasında inkişaf etdirilməsi baxımından bu gün də mühüm əhəmiyyət daşıyır”, - deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [17:46]
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
- 14.09.2026 [16:35]