Azad Məmmədov: Şuşa Teatrında dövlət sifarişi ilə “Pənahəli xan” tamaşası hazırlanır
Bakı, 14 sentyabr, AZƏRTAC
Teatrın repertuarında müxtəlif mövzuları əhatə edən yeni tamaşaların hazırlanması və təqdimatı nəzərdə tutulub. Sentyabrın 19-da Rafət Mehdiyevin qələmə aldığı və quruluş verdiyi “Dəmir adam” tamaşası təqdim olunacaq.
Bunu AZƏRTAC-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktor vəzifəsini icra edən Əməkdar artist Azad Məmmədov söyləyib.
O bildirib ki, mövsümün ilk tamaşası Mixail Bulqakovun "Ağıldankəm Jurden" əsəri olub.
“Sənət ocağında dövlət sifarişi ilə teatrın əməkdaşı Xaqani Əliyevin “Pənahəli xan” tamaşası hazırlanır. Hazırda Firuz Mustafanın “Su pərisi” tamaşası üzərində iş aparılır. Sentyabrın 20-də isə Şükufə Musayevanın qələmə aldığı “Zəfərə gedən yol” tamaşası nümayiş etdiriləcək. Zəfərimizə həsr olunan tamaşada xalqımızın keçdiyi yol, Vətən uğrunda mübarizə və qazanılan tarixi Qələbənin əhəmiyyəti öz əksini tapır.
Hazırlanan tamaşaların hər biri mövzu və ideya baxımından fərqlənməklə yanaşı, teatrın repertuarının zənginləşdirilməsinə və tamaşaçılara müxtəlif janr və məzmunlu əsərlərin təqdim olunmasına xidmət edir”, - deyə A.Məmmədov əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [15:23]
Milli Dram Teatrında premyera həyəcanı: “Dayının yuxusu”
- 14.09.2026 [13:57]
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı”
- 14.09.2026 [13:25]
Soydaşlarımızın istəyi ilə Tbilisidə rəssamlıq dərnəyi fəaliyyətə başlayıb
- 14.09.2026 [13:21]
“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyası
- 14.09.2026 [12:43]
Şuşa Teatrı 153-cü mövsümünü "Ağıldankəm Jurden" tamaşası ilə açıb
- 14.09.2026 [11:59]