Braziliyalı futbolçu: “Şamaxı” ilə matçda heç-heçənin ədalətli olmadığını düşünürəm
Bakı, 14 sentyabr, AZƏRTAC
Fikrimcə, hər oyunda daha da inkişaf edirik. “Şamaxı” ilə müqayisədə daha yaxşı futbol nümayiş etdirdik. Təəssüf ki, hesabda üstünlüyümüzü qoruya bilməyərək bərabərlik qolunu buraxdıq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sumqayıt”ın futbolçusu Jeam Oliveyra Azərbaycan Premyer Liqasının V turunda evdə “Şamax”ı ilə 1:1 hesablı heç-heçə etdikləri oyunla bağlı danışarkən deyib.
“Göstərdiyimiz oyuna əsasən, heç-heçənin ədalətli olmadığını düşünürəm. Qələbəyə layiq idik”, – deyə braziliyalı hücumçu bildirib.
O, “Sumqayıt”ın heyətində ilk qolunu vurduğu üçün sevincini gizlətməyib: “Fərqləndiyim üçün çox xoşbəxtəm. Bu mövsüm qarşıma müəyyən məqsəd qoymuşam və ona çatmaq üçün hər gün əzmlə çalışıram”.
Futbolçu komandanın yaxşı oyun nümayiş etdirdiyini və “Kəpəz”lə növbəti qarşılaşmada qələbəyə inandığını söyləyib: “Dediyim kimi, yaxşı oynayırıq. Qələbəni ən kiçik fərqlə əldən verdik. Lakin inanıram ki, növbəti oyunda 3 xal qazanacağıq”.
Jeam Oliveyra mövsümlə bağlı hədəflərinin də komandanın ümumi məqsədləri ilə üst-üstə düşdüyünü qeyd edib: “Ölkə çempionatında və Azərbaycan Kubokunda uğurlu çıxış etmək, yaxşı mövsüm keçirmək istəyirik”.
Qeyd edək ki, rəqiblərindən 1 oyun az keçirən “Sumqayıt” 1 xalla sonuncu – 12-ci yerdədir.
Müxbir – Cavid Əliyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [18:23]
AFFA-nın təşkilatçılığı ilə “Yaşıl Top” sosial layihəsinə start verilib
- 14.09.2026 [18:00]
Türkiyəli baş məşqçi: Oyundan razı qalsam da, nəticə məni qane etmədi
- 14.09.2026 [16:22]
“Neftçi” futbolçusu ilə yeni müqavilə imzalayıb
- 14.09.2026 [15:58]
Boks üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- 14.09.2026 [14:25]