Mülki dövriyyəsi məhdudlaşdırılmış hərbi texnika və sursatla bağlı qaydalara yeni tələblər tətbiq edilib
Bakı, 9 fevral, AZƏRTAC
Nazirlər Kabineti mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə nəzarət və bu sahədə tələb olunan əlavə şərtlərlə bağlı Qərarda dəyişiklik edib.
AZƏRTAC xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb.
Qərara görə, sənədə sursatın yalnız istehsalı deyil, həm də layihələndirilməsi anlayışı əlavə edilib. Eyni zamanda, döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatının satışına dair əlavə tələblər müəyyənləşdirilib. Bu tələblər istehsal prosesinin texnoloji sənədlərə uyğun qurulması, texniki və konstruktor sənədlərinin normativ hüquqi aktlara və standartlara uyğunluğu kimi şərtləri əhatə edir.
Yeniliyə əsasən, hərbi texnika, silah və sursatın ehtiyat hissələrinin dövriyyəsinə dair də ayrıca əlavə şərtlər tətbiq olunacaq. Bundan başqa, istehsal mərhələlərində dəyişiklik baş verdiyi halda, sahibkarlar üç iş günü ərzində Müdafiə Sənayesi Nazirliyinə məlumat verməlidirlər.
Yeni dəyişikliklərə görə, müəyyən kateqoriyaya aid məhdudlaşdırılmış əşyaların ölkə daxilində satın alınması yalnız Müdafiə Nazirliyi, digər hərbi xidmət nəzərdə tutulan dövlət orqanları və müvafiq lisenziyaya malik hüquqi şəxslər tərəfindən həyata keçirilə biləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [09:27]
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
- 10.06.2026 [18:17]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [15:21]
Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim
- 10.06.2026 [12:15]
Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir
- 08.06.2026 [10:18]
HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib
- 07.06.2026 [12:33]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 03.06.2026 [18:29]
Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
- 03.06.2026 [17:17]