“Böyük Dəbilqə”nin qalibi: İstəyirəm ki, uğurlarımın ardı daha böyük turnirlərdə gəlsin
Bakı, 9 fevral, AZƏRTAC
Qazandığım medal düzgün yolda olduğumuzu bir daha göstərdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirinin qalibi olan Azərbaycan cüdoçusu Balabəy Ağayev deyib.
60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı əldə olunan nəticənin ona əlavə motivasiya verdiyini söyləyib: “Məşqçilərimlə birlikdə səhvlərimin üzərində çalışır, hər gün yeni nəsə öyrənməyə səy göstərirəm. Bu, Parisdə layiq görüldüyüm üçüncü qızıl medaldır. Amma istəyirəm ki, bu uğurun ardı daha böyük turnirlərdə - Avropa, dünya çempionatlarında və Olimpiya Oyunlarında da gəlsin”.
O, final görüşünün gərgin keçdiyini vurğulayıb: “Ukraynalı rəqibim Dilşot Xalmatov ilə artıq beşinci dəfədir üz-üzə gəlirdik. Bu mənada bir-birimizi yaxşı tanıyırıq. Bilirdik ki, qarşılaşmada daha ağıllı və səbirli davranan tərəf qalib gələcək. Şükürlər olsun ki, bunu mən bacardım”.
Cüdoçu qarşıdakı əsas hədəfinin bu il Bakıda keçiriləcək dünya çempionatı olduğunu bildirib: “Növbəti əsas məqsədim dünya çempionatıdır. Mundialın Bakıda təşkil olunması mənim üçün xüsusi əhəmiyyət daşıyır. İstəyirəm ki, doğma azarkeşlər qarşısında Azərbaycan Himnini səsləndirim. Dünya çempionatlarında medalım olmadığı üçün bu dəfə əlimdən gələni edərək ən yaxşı nəticə uğrunda mübarizə aparacağam”.
Qeyd edək ki, Azərbaycan millisi “Böyük Dəbilqə"ni 3 medalla başa vurub. Balabəy Ağayevdən başqa, Zelim Tçkayev (81 kiloqram) gümüş, Ruslan Paşayev (66 kiloqram) isə bürünc mükafata sahib çıxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.02.2026 [14:07]
Qış Olimpiadası: Azərbaycan təmsilçisi tam gücü ilə mübarizəyə köklənib
- 09.02.2026 [13:36]
Milli Paralimpiya Komitəsinin yeni loqoları təqdim olunub
- 09.02.2026 [12:17]
Qış Olimpiadası: İsrail idmançıları qarət olunublar
- 09.02.2026 [11:32]
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq yarışı 2 medalla başa vurub
- 09.02.2026 [10:57]